Icma.az
close
up
RU
Konqo Demokratik Respublikasında Ebola virusu yayılıb

Konqo Demokratik Respublikasında Ebola virusu yayılıb

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 5 sentyabr, AZƏRTAC

Konqo Demokratik Respublikasının hakimiyyət orqanları Kasai əyalətində Ebola virusu xəstəliyinin yayıldığını elan edib. Sentyabrın 4-nə olan məlumata görə, 28 yoluxma və 15 ölüm faktı qeydə alınıb, o cümlədən, 4 tibb işçisi xəstəlikdən dünyasını dəyişib.

AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, paytaxt Kinşasadakı Milli Biotibbi Tədqiqatlar İnstitutunda aparılan nümunələrin sınaqları epidemiyanın Ebola virusunun Zair ştammı tərəfindən törədildiyini təsdiqləyib. Simptomlara qızdırma, qusma, ishal və qanaxma daxildir.

Səlahiyyətlilər əyalətə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) epidemiologiya, infeksiyaların qarşısının alınması və nəzarəti, həmçinin laboratoriya diaqnostikası və müalicə sahəsində mütəxəssislərinin qoşulduğu sürətli reaksiya qrupu göndərib. Əhali ilə işləmək üçün bölgələrə də mütəxəssislər ezam olunub.

ÜST, həmçinin Kasaiyə fərdi qoruyucu vasitələr, mobil laboratoriya avadanlıqları və tibbi ləvazimatlar çatdırır. Əraziyə giriş çətindir: əyalətin paytaxtı Tşikapadan oraya çatmaq üçün ən azı bir gün lazımdır, hava nəqliyyatı da məhduddur.

ÜST-nin Afrika üzrə regional direktoru Muhammed Canabi bildirib: “Biz virusun yayılmasını mümkün qədər tez dayandırmaq və icmaları qorumaq üçün qətiyyətlə hərəkət edirik. Ölkənin viral epidemiyaların idarə edilməsində çoxillik təcrübəsindən istifadə edir və yerli səhiyyə orqanları ilə sıx işləyirik”.

Yoluxma davam etdikcə, xəstəliklərin sayının artacağı gözlənilir. Reaksiya qrupları və yerli sağlamlıq dəstələri bütün yoluxmuş insanları müəyyənləşdirmək, onlara qulluq etmək üçün çalışır.

Ölkədə Ebolanın bu növünə qarşı dərmanlar, həmçinin Ervebo vaksinin dozalarının ehtiyat bazası yaradılıb. Onlar vaksin təmasları və tibb işçilərini immunizasiya etmək üçün Kinşasadan Kasaiyə sürətlə aparılacaq.

Konqo Demokratik Respublikasında əvvəlki Ebola virusu xəstəliyinin yayılması 2022-ci ilin aprelində Ekvator əyalətində başlamışdı və səhiyyə orqanlarının qətiyyətli tədbirləri sayəsində üç aydan az bir müddət ərzində qarşısı alınmışdı. Əvvəllər - 2007 və 2008-ci illərdə Kasai əyalətində yoluxma halları barədə məlumat verilmişdi. Virusun ilk dəfə 1976-cı ildə aşkarlanmasından bəri bu ölkədə 15 epidemiya baş verib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Sentyabr 2025 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see363

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see340

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see279

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see273

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see270

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see269

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see263

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see256

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see253

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see249

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see241

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see238

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see236

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see235

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see228

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see224

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see208

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri