Icma.az, Unikal.az saytına istinadən bildirir. "Son illər ərzində regionda və dünyada baş verən geosiyasi dəyişikliklər ölkələrin daxili siy
İnformasiya müharibələrinin, xarici təsir cəhdlərinin və radikal siyasi təşəbbüslərin artması fonunda dövlətlərin konstitusion quruluşunun q
Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Bədəl Bədəlov deyib.
Onun sözlərinə görə, müxtəlif dövrlərdə ölkəmizdə bəzi antimilli siyasi qruplaşmaların radikal mövqeləri müşahidə edilib: "Xüsusilə, illər öncə Rusiyadakı antiazərbaycan dairələri tərəfindən dəstəklənən “milli şura” adlı qeyri-leqal təşkilat ölkəmizin konstitusion quruluşunu zorla dəyişdirərək hakimiyyəti ələ keçirməyi hədəf seçmişdi.
Bu proseslərdə “Qafqaz baharı” xülyası ilə yaşayan AXCP Əli Kərimli kimiləri xüsusi rol oynamışdır.
Faktlar təsdiqləyir ki, AXCP sədri məlum xarici qüvvələrə xidmət etməklə yanaşı, milli maraqlara xəyanət yolunu tutmuş şəxslərlə, o cümlədən Ramiz Mehdiyevlə işbirliyində olmuşdur.
Həmin vaxt Mehdiyev Kərimlidən davamlı mitinqlər keçirilməsini tələb etmiş, bu şəxslər gizli görüşlər keçirməklə, məxfi danışıqlar aparmaqla antikonstitusion fəaliyyət həyata keçirmək yolunu tutmuşlar.
Bu kontekstdə “milli şura”da cəmləşmiş siyasi oyunbazların, eləcə də AXCP rəhbərliyinin antimilli mövqeyi, radikal ritorikanın artması, kəskin siyasi çağırışların səsləndirilməsi və kütləvi etiraz çağırışlarının intensivləşməsi cəmiyyətdə ciddi narahatlıq, eləcə də ikrah və hiddət yaratmışdır.