Icma.az
close
up
RU
Konstitusion quruluşu hədəf seçmiş şər ittifaqı iflasa düçar oldu Deputat

Konstitusion quruluşu hədəf seçmiş şər ittifaqı iflasa düçar oldu Deputat

Icma.az, Unikal.az saytına istinadən bildirir.

"Son illər ərzində regionda və dünyada baş verən geosiyasi dəyişikliklər ölkələrin daxili siyasi sabitliyinə təsir göstərən amilləri aktuallaşdırıb. İnformasiya müharibələrinin, xarici təsir cəhdlərinin və radikal siyasi təşəbbüslərin artması fonunda dövlətlərin konstitusion quruluşunun qorunması, siyasi institutların möhkəmləndirilməsi və milli maraqların müdafiəsi müstəsna əhəmiyyət kəsb edir". 

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Bədəl Bədəlov deyib. 

Onun sözlərinə görə, müxtəlif dövrlərdə ölkəmizdə bəzi antimilli siyasi qruplaşmaların radikal mövqeləri müşahidə edilib: "Xüsusilə, illər öncə Rusiyadakı antiazərbaycan dairələri tərəfindən dəstəklənən “milli şura” adlı qeyri-leqal təşkilat ölkəmizin konstitusion quruluşunu zorla dəyişdirərək hakimiyyəti ələ keçirməyi hədəf seçmişdi. Bu proseslərdə “Qafqaz baharı” xülyası ilə yaşayan AXCP Əli Kərimli kimiləri xüsusi rol oynamışdır. 

Faktlar təsdiqləyir ki, AXCP sədri məlum xarici qüvvələrə xidmət etməklə yanaşı, milli maraqlara xəyanət yolunu tutmuş şəxslərlə, o cümlədən Ramiz Mehdiyevlə işbirliyində olmuşdur. Həmin vaxt Mehdiyev Kərimlidən davamlı mitinqlər keçirilməsini tələb etmiş, bu şəxslər gizli görüşlər keçirməklə, məxfi danışıqlar aparmaqla antikonstitusion fəaliyyət həyata keçirmək yolunu tutmuşlar.

Bu kontekstdə “milli şura”da cəmləşmiş siyasi oyunbazların, eləcə də AXCP rəhbərliyinin antimilli mövqeyi, radikal ritorikanın artması, kəskin siyasi çağırışların səsləndirilməsi və kütləvi etiraz çağırışlarının intensivləşməsi cəmiyyətdə ciddi narahatlıq, eləcə də ikrah və hiddət yaratmışdır. Ekspertlərin fikrincə, Ramiz Mehdiyevin dəstəyi ilə Əli Kərimlinin təşkil etdiyi aksiya şouları, “siyasi nitq”lərində səsləndirdiyi təhlükəli fikirlər bilavasitə milli təhlükəsizliyə qarşı yönəlmişdir. 
R.Mehdiyevin illeqal “dövlət şurası” ideyasının gerçəkləşməsi üçün Cəmil Həsənli, Gültəkin Hacıbəyli kimi xəyanatkar ünsürlər də canfəşanlıq etmişlər. Lakin bütün bu planlar tamamilə iflasa uğramış, “boz kardinal-Kərimli” ittifaqı öz qaranlıq məqsədlərinə nail ola bilməmişdir.

Regionda Rusiya–Ukrayna müharibəsinin gedişatı və mümkün nəticələri də bu məsələyə həssas yanaşma tələb edir. Müharibə bitdikdən sonra Cənubi Qafqazda geosiyasi vəziyyətə təsir etmək üçün anti-Azərbaycan dairələrin Ramiz Mehdiyevə bağlı olan qüvvələrlə əməkdaşlığa cəhd göstərə biləcəyi istisna olunmur. Bu kontekstdə AXCP və digər radikal qrupların aktivləşdirilmə ehtimalı da mövcuddur. Həmin səbəbdən milli maraqlar və dövlət təhlükəsizliyindən irəli gələn tələblər nəzərə alınmaqla, faktiki olaraq öz əməlləri ilə xalqa düşmən kəsilmiş bu partiyanın zərərli fəaliyyətinin zamanında qarşısının alınması mütləq zərurətdir. 

Belə bir şəraitdə konstitusion quruluşun müdafiəsi, siyasi sabitliyin qorunması və milli maraqların təmini prioritet məsələlərdəndir. Qanuni çərçivəni aşan, ictimai asayişi pozma potensialı daşıyan fəaliyyətlərə hüquqi qiymət verilməsi dövlətin və cəmiyyətin təhlükəsizliyi baxımından mühüm önəm kəsb edir. Geosiyasi dəyişikliklər fonunda daxili siyasi proseslərin doğru dəyərləndirilməsi, destruktiv meyillərə qarşı hüquqi mexanizmlərin tətbiqi və milli maraqların müdafiəsi dövlətin uzunmüddətli təhlükəsizliyinin təmini üçün son dərəcədə vacibdir".


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://unikal.az
archiveBu xəbər 06 Dekabr 2025 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see330

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see329

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see324

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see321

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see305

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see299

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see297

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see293

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see280

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see278

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see271

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see252

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see251

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see249

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see235

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see227

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see227

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see223

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see218

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri