Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.
1991-ci ildə Müstəqilliyimizin bərpasından sonra yeni dövlət Konstitusiyanın hazırlanması regiona və beynəlxalq siyasi məkana inteqrasiya etməyin başlıca şərtlərindən biri idi.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış xüsusi komissiyanın hazırladığı Konstitusiya layihəsi ümumxalq müzakirəsindən sonra 1995-ci il noyabrın 12-də keçirilmiş referendum yolu ilə qəbul olundu.
Odur ki, bu gün ölkəmizdə Konstitusiya günü kimi qeyd edilir.
Konstitusiya hər bir dövlətin varlığını, siyasi quruluşunu, dövlətçilik forma və prinsiplərini özündə ehtiva edən Əsas Qanundur, yəni Ana Yasadır.
Bir dövlətin mövcud olduğu dövrdə bütün qanunlar və qaydalar məhz onun əsasında və çərçivəsində qəbul edilir və fəaliyyətdə olur.
Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Əsas Qanun müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin beşinci Konstitusiyasıdır.
1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövlətin Əsas Qanununu qəbul edə bilməmişdi.