Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

Konstitusiyamız milli maraqlarımızın real ifadəsidir

Konstitusiyamız milli maraqlarımızın real ifadəsidir

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

1991-ci ildə Müstəqilliyimizin bərpasından sonra yeni dövlət Konstitusiyanın hazırlanması regiona və beynəlxalq siyasi məkana inteqrasiya etməyin başlıca şərtlərindən biri idi. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış xüsusi komissiyanın hazırladığı Konstitusiya layihəsi ümumxalq müzakirəsindən sonra 1995-ci il noyabrın 12-də keçirilmiş referendum yolu ilə qəbul olundu. Odur ki, bu gün ölkəmizdə Konstitusiya günü kimi qeyd edilir.

Konstitusiya hər bir dövlətin varlığını, siyasi quruluşunu, dövlətçilik forma və prinsiplərini özündə ehtiva edən Əsas Qanundur, yəni Ana Yasadır. Bir dövlətin mövcud olduğu dövrdə bütün qanunlar və qaydalar məhz onun əsasında və çərçivəsində qəbul edilir və fəaliyyətdə olur. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Əsas Qanun müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin beşinci Konstitusiyasıdır.

1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövlətin Əsas Qanununu qəbul edə bilməmişdi. Ona görə də 1921-ci il mayın 19-da qəbul olunmuş Azərbaycan SSR-in Konstitusiyası ilk Ana Yasamız hesab olunur. Azərbaycanın sayca ikinci Konstitusiyası 1927-ci ilin mart ayında qəbul edilib. O zaman Azərbaycan Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının tərkibində idi və bu şəkildə də SSRİ-yə inteqrasiya edilmişdi. 1936-cı ildə SSRİ-nin yeni əsas qanunu qəbul edildikdən sonra ona müvafiq olaraq, 1937-ci ildə Azərbaycanın üçüncü Konstitusiyası qəbul olunub. Azərbaycan SSR-in sayca dördüncü konstitusiyası 1978-ci ildə, 1977-ci ildə qüvvəyə minmiş SSRİ Konstitusiyası əsasında qəbul edildi. Bu konstitusiyanın hazırlanması və qəbulu o zaman Azərbaycana rəhbərlik edən Heydər Əliyevin iştirakı ilə həyata keçirilmişdi və məhz onun təkidi ilə 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu qorunub saxlanmışdı.

1995-ci il noyabrın 12-də yeni Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, həm də ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biridir. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa və sərbəst bazar iqtisadiyyatına təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi həyatında tətbiq olunan əsas normaları özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi bir sənəddir.

Konstitusiya və milli ideologiyanın vəhdətindən bəhs edən Ulu Öndər öz çıxışlarında vurğulayırdı ki, milli ideologiyamız, ilk növbədə, dövlətimizin konstitusiya normalarına, xalqımızın tarixi keçmişinə, milli-mənəvi dəyərlərinə, mövcud adət-ənənələrə, ölkəmizin bu günü və gələcəyinə bağlı olmalıdır. Elə bu yanaşmanın nəticəsidir ki, Heydər Əliyevin yaratdığı azərbaycançılıq məfkurəsi və onun məzmununu təşkil edən əsas prinsiplər ölkə konstitusiyasında da konkret formada öz əksini tapıb. Ümummilli Lider dövlətçilik maraqlarının qorunmasından danışanda, ilk növbədə, ölkənin ali qanununun müddəalarına dönmədən əməl edilməsini xüsusi vurğulayır, Konstitusiya normalarının hər bir Azərbaycan vətəndaşının ümummilli vəzifəsi olduğunu qeyd edirdi. Bu normalar, Əsas Qanunun preambula hissəsində təsbit olunub və ilk növbədə: ölkənin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasını, vətəndaş cəmiyyətinin bərqərar olunmasını, xalqın iradəsinə, qanunların aliliyinə əsaslanan hüquqi, dünyəvi dövlət quruculuğunu, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinin təmin edilməsini, milli-mənəvi dəyərlərə sadiqliyi, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamağı və digər ümumbəşəri dəyərlərə hörmətlə yanaşmanı özündə ehtiva edir.

Heydər Əliyev Konstitusiyamızın əsasına ilk növbədə, bütün vətəndaşların sabit, firavan və dinamik inkişafına cavab verən milli dövlətçiliyi - müstəqil Azərbaycan Respublikasını qoyurdu. Ulu Öndər çıxışlarında bu məsələyə belə şərh verirdi: “Müstəqil Azərbaycan dövləti bizim üçün ən qiymətli tarixi nailiyyətdir və onun qorunması, əbədiyaşar edilməsi hər bir azərbaycanlının müqəddəs borcudur”. Milli ideologiyadan danışarkən Heydər Əliyev qeyd edirdi ki, “biz, ilk növbədə, bütün xalqımızı, bütün soydaşlarımızı Azərbaycanın müstəqil dövlətçiliyi ətrafında birləşdirməliyik, gənclərimizi, gələcək nəsilləri dövlətçilik prinsiplərinə sadiq ruhda tərbiyə etməliyik”.

Məzmunundan da göründüyü kimi, həm Əsas Qanunun, həm də azərbaycançılıq ideologiyasının mərkəzində, hər şeydən əvvəl dövlətçilik maraqları - güclü Azərbaycan dövlətinin yaradılması və davamlı inkişafının təmin edilməsi prinsipi dayanır. “Güclü Azərbaycan dövləti” anlayışı xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə söykənərək onları daim yaşadacaq və zənginləşdirəcək bir siyasi-iqtisadi və sosial-mənəvi idarəçilik institutunun mövcudluğunu özündə ehtiva edir. Bu dövlətin sabit və multikultural ictimai-siyasi həyatı, mükəmməl mərkəzi və yerli idarəetmə sistemi, işlək qanunları olmalı, hər bir vətəndaş etnik-dini və sosial mənsubiyyətindən asılı olmayaraq, yalnız şəxsi qabiliyyətinə görə proseslərə cəlb edilməli, ölkədə tam şəffaf və tolerant ictimai mühit yaradılmalıdır.

Konstitusiyada və azərbaycançılıq ideologiyasında irəli sürülən digər əsas tələb Azərbaycançılıq ideyasına söykənən milli birlik və vətəndaş həmrəyliyi prinsipidir. Bu prinsip müasir Azərbaycan dövlətçiliyinin təməlində dayanır və bütün digər siyasi, sosial-etnik maraqlardan üstün tutulur. Ölkəmizin milli maraqlarına söykənən Konstitusiya normaları bütün Azərbaycan xalqının ümumi mənafeyini ifadə edir.

Yaxın tariximizin ən mürəkkəb və taleyüklü dövründə dövlətə rəhbərliyin ağır məsuliyyətini öz üzərinə götürmüş Ulu Öndərin yaratdığı dövlətçilik təlimi və onun ayrılmaz hissəsi olan Konstitusiya müstəqil Azərbaycanın bugünkü varlığının və gələcək inkişafının əsasını təşkil edir, ölkənin davamlı inkişafına və tərəqqisinə xidmət edir.

Milli dövlətimiz və dövlətçilik ənənələrimiz yaşadıqca, Heydər Əliyevin müdrikliyindən, işıqlı ideyalarından və ümumbəşəri dəyərlərdən yoğurulan Azərbaycan Konstitusiyası və azərbaycançılıq məfkurəsi dövlətimizin gələcək inkişaf və tərəqqi yoluna daim işıq salacaqdır.

Cavanşir Feyziyev, Millət vəkili, fəlsəfə doktoru

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Noyabr 2024 00:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see636

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see361

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see332

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see252

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see244

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see242

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see227

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see222

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see221

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see211

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see203

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see197

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see195

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see193

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see192

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see188

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see182

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see179

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see171

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri