Kontakt Home un Nərimanov filialından narazılıq | Icma.az
Azpost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Kontakt Home mağazalar şəbəkəsinin Nərimanov filialı ilə bağlı şikayət daxil olub.
AzPost xəbər verir ki, müştəri Lamiyə Behbud kreditlə aldığı mebelin həm vitrində göstərilən mallara uyğun gəlmədiyini, həm də qüsurlu olduğunu iddia edir.
Şikayətçini narazı salan əsas məqam isə müraciətinə baxılmaması və qaytarılma prosesinin ləngiməsidir.
Onun sözlərinə görə, səkkiz gündür ki, məhsula dörd dəfə baxış keçirilsə də, qüsurun təsdiqlənməsinə baxmayaraq, mal geri qəbul olunmayıb.
Lamiyə Behbud bildirib ki, mağaza əməkdaşları israrla başqa mal götürməsini təklif edir, lakin o, qüsurlu məhsulu qaytarmaqda təkid edir.
Onun sözlərinə görə, xüsusilə *6060 xidmət xəttinin əməkdaşları kobud rəftar nümayiş etdiriblər.
Şikayətçi “İstehlakçıların hüquqları haqqında” qanunun yeddinci maddəsinə istinad edərək, qüsurlu mal satıldıqda müqavilənin ləğv olunmalı və dəymiş zərərin ödənilməli olduğunu xatırladıb.
Tam oxu
Xəbəri oxu