Icma.az, Footbal-plus portalına istinadən məlumat verir. Mayın 23-25-i aralığında A seriyasında 38-ci turun oyunları keçirildi.
Bununla da İtaliya çempionatının yüksək liqasında 2024/25 mövsümünə yekun vuruldu.
Sonuncu turda həm çempionluq, həm avrokuboklara vəsiqələr, həm də A seriyasında qalmaq uğrunda mübarizə ilə bağlı bütün suallara cavab tapıldı.Həlledici tur ərəfəsində skudetto yarışında intriqa vardı.
Səbəb lider “Napoli” ilə əsas izləyicisi “İnter” arasında yalnız minimal xal fərqinin olmasıyla bağlı idi.
Deməli, çempionluq yarışında “Napoli”nin üstünlüyü şübhə doğurmurdu.
Antonio Konte cəzalı olduğuna görə “Kalyari” ilə mayın 23-də keçirilən ev oyununda komandasına texniki zonadan göstəriş verə bilmədi.
Buna baxmayaraq, meydan sahibləri əfsanəvi Dieqo Maradonanın adını daşıyan stadionda azarkeşlərindən böyük dəstək almaqla əla fürsəti dəyərləndirməyi bacardılar.
Maktominey ilə Lukakunun vurduğu qollar artıq 51-ci dəqiqədə neapolluların əhəmiyyətli üstünlüyünü təmin etdi.