Icma.az
close
up
RU
Konte Napoli ilə rekorda imza atdı

Konte Napoli ilə rekorda imza atdı

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

Mayın 23-25-i aralığında A seriyasında 38-ci turun oyunları keçirildi. Bununla da İtaliya çempionatının yüksək liqasında 2024/25 mövsümünə yekun vuruldu.

Sonuncu turda həm çempionluq, həm avrokuboklara vəsiqələr, həm də A seriyasında qalmaq uğrunda mübarizə ilə bağlı bütün suallara cavab tapıldı.
Həlledici tur ərəfəsində skudetto yarışında intriqa vardı. Səbəb lider “Napoli” ilə əsas izləyicisi “İnter” arasında yalnız minimal xal fərqinin olmasıyla bağlı idi. Deməli, çempionluq yarışında “Napoli”nin üstünlüyü şübhə doğurmurdu. Antonio Konte cəzalı olduğuna görə “Kalyari” ilə mayın 23-də keçirilən ev oyununda komandasına texniki zonadan göstəriş verə bilmədi. Buna baxmayaraq, meydan sahibləri əfsanəvi Dieqo Maradonanın adını daşıyan stadionda azarkeşlərindən böyük dəstək almaqla əla fürsəti dəyərləndirməyi bacardılar. Maktominey ilə Lukakunun vurduğu qollar artıq 51-ci dəqiqədə neapolluların əhəmiyyətli üstünlüyünü təmin etdi.
Qalan vaxtda da oyuna nəzarət edən Kontenin komandası tarixində 4-cü çempionluğu rəsmiləşdirdi!
Son üç mövsümdə ikinci dəfə skudettoya sahib olan “Napoli” indiyədək görünməyən göstərici ilə də diqqəti cəlb etdi. Belə ki, cənublular əvvəlki mövsümü 10-cu yerdə başa vurandan sonra çempion olmaqla bir ilki reallaşdırdılar. Qeyd edək ki, 20 komandanın iştirakı ilə keçirilən yüksək liqada indiyədək belə göstəriciyə təsadüf edilməmişdi.
Gözlənildiyi kimi, skudettoya digər iddiaçı azarkeşlərini sevindirə bilmədi. Çempionluq şansı öz əlində olmayan “İnter” Komoda 2:0 hesabıyla qalib gəlsə də, 2-ci yerlə kifayətləndi. Əvvəlki çempionun Çempionlar Liqasının (ÇL) finalına vəsiqə qazanmaq üçün mövsümün həlledici mərhələsində çox enerji itirdiyini ədalət naminə qeyd etməliyik. Nəticədə Simone İnzaqinin komandası titulu qorumaqda çətinlik çəkdi.
Sonuncu tur ÇL-ə vəsiqə uğrunda üç komandanın mübarizəsi ilə də yadda qaldı. “Yuventus” Venetsiyada qalib gələcəyi halda bu turnirə sonuncu – 4-cü vəsiqənin sahibi olacaqdı. Mövsümü heç də istənilən şəkildə keçirməyən İtaliyanın ən titullu klubu 3:2 hesablı qələbə ilə istəyini reallaşdırdı. Əvəzində A seriyasındakı yerini qorumaq üçün yalnız qələbəyə ehtiyac duyan “Venetsiya” azarkeşlərinə məyusluq yaşatdı.
Tura 5-ci yerdə başlayan “Roma” ÇL-ə vəsiqə qazanmaq üçün “Torino”ya qalib gəlməliydi. Klaudio Ranyerinin komandası üçün “Yuventus”un qələbə qazanmaması da vacib sayılırdı. Romalılar planı yerinə yetirsələr də, məlum səbəbdən Avropa Liqasına vəsiqə ilə kifayətləndilər. Sonuncu tur ərəfəsində müəyyən şərtlər daxilində ÇL-ə vəsiqə şansına malik olan “Latsio” isə ev oyununda azarkeşlərinə şok yaşatdı. Paytaxt klubu B seriyasına düşmək təhlükəsi ilə üzləşən “Leççe”dən 1 xal belə ala bilmədi. Minimalhesablı məğlubiyyət “Latsio”nu “Milan” kimi Avropadan kənarda qoydu.
“Qartallar” yekun turnir cədvəlində “Fiorentina” ilə eyni – 65 xala malik olsalar da, topların fərqinə görə florensiyalılardan geri qaldılar. Maraqlıdı ki, “Fiorentina” ardıcıl üçüncü dəfə İtaliyanı Konfrans Liqasında təmsil edəcək.
A seriyasını tərk edən daha bir klub isə evdə “Verona”ya uduzan “Empoli” oldu.
38-ci tur
Napoli – Kalyari 2:0

Maktominey, 42. Lukaku, 51. (53000)
Napoli: Meret, Olivera, Rrahmani, Di Lorentso, Spinatsola (Matsokki, 85), Zambo Angissa (Billinq, 85), Gilmor, Maktominey, Politano (Neres, 61), Raspadori (Nqonq, 85), Lukaku (Simeone, 76).
Komo – İnter 0:2
De Vrey, 20. Korrea, 51. (10656)
İnter: Zommer, Auqusto, De Vrey, Bissek (Açerbi, 60), Dimarko (Dyumfris, 60), Darmian, Asllani, Çalhanoğlu (Barella, 60), Zalevski (Topaloviç, 80), Korrea, Taremi (Arnautoviç, 90+1).
Bolonya – Cenoa 1:3
Orsolini, 64 – Vitinya, 18. Venturino, 26; 43. (28975)
Bolonya: Ravalya, Holm (De Silvestri, 46), Lukumi, Kazale, Likoyannis (Kalabriya, 76), Ebişer (Pobeqa, 46), Fröyler (Fabbian, 81), Ndoy, Ferqyuson, Orsolini, Kastro (Kambyaqi, 57).
Milan – Montsa 2:0
Qabbya, 64. Feliş, 74. (69124)
Milan: Menyan, Tomori, Qabbya, Pavloviç, Reynders, Loftus-Çik, Bertezaqi (A.Ximenes, 61), Musa (Kamarda, 46), Feliş (Fofana, 80), Pulişiç (Florentsi, 86), Yoviç (Çukvueze, 46).
Atalanta – Parma 2:3
Maldini, 32; 33 – Ayno, 49. Ondreyka, 71; 90+2. (23161)
Atalanta: Karnesekki, Kossunu, Rucceri, Rucceri, Sulemana (Ederson, 55), Breşianini (Paşaliç, 55), Palestra (Poş, 46), Bellanova (Kuadrado, 72), De Ketelare, Maldini (Lukman, 46), Retegi.
Venetsiya – Yuventus 2:3
Fila, 2. Haps, 55 – Yıldız, 25. Kolo Muani, 31. Lokatelli, 73-p. (12048)
Yuventus: Di Qreqorio, Koşta (Veyqa, 46), Kelli, Savona, Kambyaso (Makkenni, 76), Lokatelli, K.Türam, Qonsales (Vea, 81), Yıldız, Konseysao (Qatti, 86), Kolo Muani (Vlahoviç, 76).
Torino – Roma 0:2
Paredes, 18-p. Salemakers, 53. (24252)
Roma: Svilar, Çelik (Hummels, 90), Ndika, Mançini, Anxelinyo, Kone, Paredes (Pizilli, 90+1), Kristante, Salemakers (Baldantsi, 90+1), Sule (Rensx, 90), Şomurodov (Əl-Şaaravi, 72).
Latsio – Leççe 0:1
Kulibali, 43. (53000)
Latsio: Mandas, Maruşiç (Hüsay,46), Xila, Romanyoli, Tavareş (Luka Pelleqrini, 73), Rovella (Vesino, 76), Genduzi, Dia, İsaksen (Pedro, 46), Zakkanyi (Noslin, 77), Kastelyanos.
Udineze – Fiorentina 2:3
Lukka, 26. Kabasele, 61 – Facoli, 46. Komutso, 57. Ken, 82. (20463)
Fiorentina: De Xea, Komutso (Ponqraçiç, 79), Mari, Ranyeri, Dodo, Mandraqora, Riçardson (Qudmundsson, 71), Facoli, Qosens, Beltran (Ndur, 85), Ken.
Empoli – Verona 1:2
Fatsini, 43 – Sərdar, 4. Bradariç, 69. (14025)
Yekun cədvəl
1. Napoli 38 24 10 4 59-27 82
2. İnter 38 24 9 5 79-35 81
3. Atalanta 38 22 8 8 78-37 74
4. Yuventus 38 18 16 4 58-35 70
5. Roma 38 20 9 9 56-35 69
6. Fiorentina 38 19 8 11 60-41 65
7. Latsio 38 18 11 9 61-49 65
8. Milan 38 18 9 11 61-43 63
9. Bolonya 38 16 14 8 57-47 62
10. Komo 38 13 10 15 49-52 49
11. Torino 38 10 14 14 39-45 44
12. Udineze 38 12 8 18 41-56 44
13. Cenoa 38 10 13 15 37-49 43
14. Verona 38 10 7 21 34-66 37
15. Kalyari 38 9 9 20 40-56 36
16. Parma 38 7 15 16 44-58 36
17. Leççe 38 8 10 20 27-58 34
18. Empoli 38 6 13 19 33-59 31
19. Venetsiya 38 5 14 19 32-56 29
20. Montsa 38 3 9 26 28-69 18
Bombardirlər: Retegi (Atalanta) - 25, Ken (Fiorentina) - 19, Lukman (Atalanta), Orsolini (Bolonya) - 15, M.Türam (İnter), Lukaku (Napoli) - 14.
Turun rəqəmi
3 - Antonio Konte “Napoli”ni çempionluğa daşımaqla A seriyasında rekordun müəllifi oldu. O, bu liqada üçüncü komanda ilə skudettonu qazandı. 55 yaşlı mütəxəssis 2012-14-cü illərdə “Yuventus”u, 2020/21 mövsümündə isə “İnter”i zirvəyə çıxarmışdı. Qeyd edək ki, Fabio Kapello da A seriyasında üç klubla – “Milan”, “Roma” və “Yuventus” ilə çempion olub. Lakin onun “Yuventus”la 2004/05 və 2005/06 mövsümlərində qazandığı hər iki titul korrupsiya qalmaqalına görə ləğv edilib.
Turun ulduzu
Vladimiro Falkone (Leççe) - “Leççe” komanda kimi Romada böyük əzmkarlıq göstərdi. B seriyasına düşməmək üçün uğurlu nəticəyə ehtiyacı olan cənublular “Latsio”dan maksimum xal almaqla istəyinə çatdılar. Vacib qələbədə Falkonenin rolu yeganə qolu vuran Kulibalinin zəhmətindən heç də az olmadı. 30 yaşlı qapıçı 8 dəfə seyv etməklə qapısını toxunulmaz saxladı. Leççelilərin çətin səfər oyununun 2-ci hissəsini on nəfərlə keçirdiyini də qeyd edək.
Turun sitatı
Antonio Konte, “Napoli”nin baş məşqçisi:

“Skudetto fantastik və gözəl nailiyyətdi. Bu qədər azarkeşi məyus etmək istəmirdik. Qeyri-adi çempionat oldu. Ən sirli, çətin və gərgin mövsümün sonunda çempionluğa nail olduq. Bu uğur futbolçuların əməyinin nəticəsidi. Mənə gəlincə, mövsümü 10-cu yerdə başa vuran komandaya gəlmək çox çətin idi...”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:246
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 05 İyun 2025 18:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see508

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see410

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see342

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see309

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see284

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see275

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see275

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see264

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see232

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see226

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see219

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see214

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see213

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see212

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see211

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see210

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see206

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see199

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see182

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri