Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 30 yanvar, Günel Türksoy, AZƏRTAC
Könüllü təşkilatlarının Dayanıqlı İnkişaf Forumunun əsas məqsədi Azərbaycan Könüllü Təşkilatları İttifaqına üzv olan könüllü təşkilatlarının fəaliyyətlərinin gücləndirilməsi və onların dayanıqlı inkişafının təmin edilməsidir. Eyni zamanda, bu forum vasitəsilə könüllü təşkilatları arasında effektiv əlaqələr qurulur.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Dillər Universitetinin Beynəlxalq jurnalistika fakültəsinin tələbəsi Xanım Məmmədzadə deyib.
Medianın İnkişafı Agentliyində könüllü olaraq çalışan X. Məmmədzadə Dayanıqlı İnkişaf Forumunda 500-ə yaxın gəncin iştirak etdiyini bildirib. O qeyd edib ki, onların bir araya gəlməsi sosiallaşmada və əlaqələrin qurulmasında çox effektivdir: "Burada təcrübələrimizi bölüşür, mübadilələrin təşviqini və kollektiv layihələri həyata keçirməyə çalışırıq. Nəticə etibarilə, artıq ikinci dəfə keçirilən bu forum könüllü təşkilatlarının şəbəkələşməsi üçün mühüm platformadır".