Könüllü tələbə: Bu forum vasitəsilə könüllü təşkilatları arasında effektiv əlaqələr qurulur
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 30 yanvar, Günel Türksoy, AZƏRTAC
Könüllü təşkilatlarının Dayanıqlı İnkişaf Forumunun əsas məqsədi Azərbaycan Könüllü Təşkilatları İttifaqına üzv olan könüllü təşkilatlarının fəaliyyətlərinin gücləndirilməsi və onların dayanıqlı inkişafının təmin edilməsidir. Eyni zamanda, bu forum vasitəsilə könüllü təşkilatları arasında effektiv əlaqələr qurulur.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Dillər Universitetinin Beynəlxalq jurnalistika fakültəsinin tələbəsi Xanım Məmmədzadə deyib.
Medianın İnkişafı Agentliyində könüllü olaraq çalışan X. Məmmədzadə Dayanıqlı İnkişaf Forumunda 500-ə yaxın gəncin iştirak etdiyini bildirib. O qeyd edib ki, onların bir araya gəlməsi sosiallaşmada və əlaqələrin qurulmasında çox effektivdir: "Burada təcrübələrimizi bölüşür, mübadilələrin təşviqini və kollektiv layihələri həyata keçirməyə çalışırıq. Nəticə etibarilə, artıq ikinci dəfə keçirilən bu forum könüllü təşkilatlarının şəbəkələşməsi üçün mühüm platformadır".
Baxış sayı:53
Bu xəbər 30 Yanvar 2026 13:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















