Koronavirusa yoluxma sayı artdı, karantin qaydaları sərtləşdirilə bilər ŞOK | Icma.az
Icma.az bildirir, GlobalInfo portalına istinadən. Üç ölkədə – Tailand, Çin və Sinqapurda COVID-19-a yoluxma halları kəskin artıb.
Hökumətlər vətəndaşları maska taxmağa çağırır. Bu, Azərbaycanda narahatlığa səbəb olub. Vətəndaşlar bizdə də xəstəliyin artacağını düşünür.
Koronavirusa yoluxma sayı arta və qadağalar geri qayıda bilərmi?
Globalinfo.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, əgər epidemioloji vəziyyət pisləşərsə, COVID-19-la bağlı yenidən karantin qaydalarının həyata keçirilməsi zərurəti yaranacaq.
Onun sözlərinə görə, bütün bunlar yenidən qaynaqlanmasına səbəb vaksinasiyanın yetərincə aparılmamasıdır: “Düzdür, vaksinasiya ilə bağlı müxtəlif söz-söhbətlər dolaşır, amma bu fikirlər əsassızdır.
Əsas məsələ odur ki, infeksiya zəncirini məhz vaksinasiya qırdı və qlobal pandemiya sona çatdı.
Lakin epidemik ocaqlar hələ də davam edir, çünki hamı vaksinasiya olunmayıb.
Elə Azərbaycanın özündə də xeyli insanlar vaksinasiya olunmayıblar. Bütün bunlar yoluxma mənbəyidir”.
Tam oxu
Xəbəri oxu