Icma.az
close
up
RU
Koronavirusa yoluxma sayı artdı, karantin qaydaları sərtləşdirilə bilər ŞOK

Koronavirusa yoluxma sayı artdı, karantin qaydaları sərtləşdirilə bilər ŞOK

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Üç ölkədə – Tailand, Çin və Sinqapurda COVID-19-a yoluxma halları kəskin artıb. Hökumətlər vətəndaşları maska taxmağa çağırır.

Bu, Azərbaycanda narahatlığa səbəb olub. Vətəndaşlar bizdə də xəstəliyin artacağını düşünür. Koronavirusa yoluxma sayı arta və qadağalar geri qayıda bilərmi?

Globalinfo.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, əgər epidemioloji vəziyyət pisləşərsə, COVID-19-la bağlı yenidən karantin qaydalarının həyata keçirilməsi zərurəti yaranacaq.

Onun sözlərinə görə, bütün bunlar yenidən qaynaqlanmasına səbəb vaksinasiyanın yetərincə aparılmamasıdır:

“Düzdür, vaksinasiya ilə bağlı müxtəlif söz-söhbətlər dolaşır, amma bu fikirlər əsassızdır. Əsas məsələ odur ki, infeksiya zəncirini məhz vaksinasiya qırdı və qlobal pandemiya sona çatdı. Lakin epidemik ocaqlar hələ də davam edir, çünki hamı vaksinasiya olunmayıb. Elə Azərbaycanın özündə də xeyli insanlar vaksinasiya olunmayıblar. Bütün bunlar yoluxma mənbəyidir”.

Adil Qeybulla

Adil Qeybulla deyib ki, bu gün COVID-dən ölüm halları da var, yoluxmalar da kifayət qədər çoxdur:

“Sadəcə, insanlar mövcud xəstəliyə alışıb və prosesə saymazyana yanaşırlar. Bu, əlbəttə, çox pisdir. Dünya Səhiyyə Təşkilatının tövsiyələrinə, xəbərdarlıqlarına ciddi yanaşmaq lazımdır. Təəssüf ki, insanların laqeyidliyi Azərbaycanda deyil, bütün ölkələrdə mövcuddur. Buna görə də maarifləndirmə işlərini gücləndirmək mütləqdir. İnsanları başa salmaq lazımdır ki, pandemiya xeyli insan tələfatına səbəb oldu. Onun yeni bir forması alovlanarsa, hansısa başqa formaya keçərsə, əlbəttə, ölkədə yeni sürprizlər yarana bilər. Hər halda, bunlar nəzərə alınmalıdır”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:191
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 31 May 2025 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri