Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır. Bu kifayət qədər yayılmış anadangəlmə patologiyalardır.
Həkimlərin müşahidələrinə görə, müasir dövrdə bu pozulma ilə doğulan uşaqların sayı artır.
El arasında bu patologiyalara "dovşan doqdaq" və "qurd ağız" deyilir.
Bu patologiyalar zamanı uşağın üst dodağında və damaqda anadangəlmə yarıqlar olur ki, bu həm estetik qüsur yaradır, həm də uşağın qidalanmasında müəyyən problemlər yaranır ("qurd ağız" olan uşaqlar əmə bilmir və onları xüsusi butulkalardan yedizdirirlər), belə uşaqlar daha tez-tez nəfəsalma sistemi xəstəliklərinə, qulaq infeksiyalarına tutulur, onların eşitməsində, nitqində, dişlərin formalaşmasında və s.
ciddi pozulmalar əmələ gəlir. Lakin defekt vaxtında müalicə olunduqda gələcəkdə uşağın sağlamlığında heç bir problem inkişaf etmir.
Belə uşaqlar psixiki və əqli inişafına görə həmyaşıdlardan fərqlənmir. Bu patologiyalar uşaqlarda müxtəlif formalarda ola bilər.
Bəzən körpədə üst dodağın yarığı bir tərəfli, bəzən isə ikitərəfli olur, yarıq dəha dərin və ya da səthi ola bilər.
Damağın yarığı da müxtəlif formalarda olur. Əksər hallarda bir uşaqda bu patologiyaların hər ikisi (həm "dovşan dodaq", həm də "qurd ağız")