Icma.az
close
up
RU
Körpələrdə dovşan dodaq vəqurd ağız. Səbəblər və müalicə

Körpələrdə dovşan dodaq vəqurd ağız. Səbəblər və müalicə

Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu kifayət qədər yayılmış anadangəlmə patologiyalardır.

Həkimlərin müşahidələrinə görə, müasir dövrdə bu pozulma ilə doğulan uşaqların sayı artır.

El arasında bu patologiyalara "dovşan doqdaq" və "qurd ağız" deyilir. Bu patologiyalar zamanı uşağın üst dodağında və damaqda anadangəlmə yarıqlar olur ki, bu həm estetik qüsur yaradır, həm də uşağın qidalanmasında müəyyən problemlər yaranır ("qurd ağız" olan uşaqlar əmə bilmir və onları xüsusi butulkalardan yedizdirirlər), belə uşaqlar daha tez-tez nəfəsalma sistemi xəstəliklərinə, qulaq infeksiyalarına tutulur, onların eşitməsində, nitqində, dişlərin formalaşmasında və s. ciddi pozulmalar əmələ gəlir. Lakin defekt vaxtında müalicə olunduqda gələcəkdə uşağın sağlamlığında heç bir problem inkişaf etmir. Belə uşaqlar psixiki və əqli inişafına görə həmyaşıdlardan fərqlənmir.

Bu patologiyalar uşaqlarda müxtəlif formalarda ola bilər. Bəzən körpədə üst dodağın yarığı bir tərəfli, bəzən isə ikitərəfli olur, yarıq dəha dərin və ya da səthi ola bilər. Damağın yarığı da müxtəlif formalarda olur.

Əksər hallarda bir uşaqda bu patologiyaların hər ikisi (həm "dovşan dodaq", həm də "qurd ağız") təsadüf edilir. Lakin bəzən uşaqda yalnız "dovşan dodaq" və ya yalnız "qurd ağız" olur.

Nəzərinizə çatdıraq ki, heç bir ailə cütlüyü bu patologiyaları olan uşağın doğulmasından sığortalanmayıb. Bəzi hallarda bunun səbəbi genetik faktor olur - yaxın qohumları arasında belə defekt varsa, uşaqda onun inkişafı riski daha yüksəkdir. Lakin bir çox digər hallarda belə uşaqlar heç bir genetik pozulmaları olmayan valideynlərdə doğulur.

Dodaq və damaq yarıqları döldə hamiləliyin ilk 2 ayı ərzində formalaşır. Həkimlərin fikirinə görə, bunun səbəbi birinci trimestr (ilk 3 ay) ərzində hamilə qadına olan mənfi təsirlər və qadının pis vərdişləridir:

- viris və infeksion xəstəliklər (qripp, toksoplazmoz, herpes, sitomeqalovirus və s.),

- cinsi yolu ilə keçən infeksiyalar (xlamidioz, süzənək, sifilis, trixomoniaz),

- ziyanlı istehsalatda işləmək,

- pis ekoloji şərait,

- güclü xroniki streslər,

- spirtli içkilərin qəbulu,

- siqaret çəkmək.

Məhz bu səbəbdən döldə bu və ya digər pozulmaların profilaktikası üçün qadın hamiləliyə hazırlaşmalı, hamiləlik zamanı isə öz sağlamlığına qarşı xüsusilə diqqətli olmalı, yaxşı qidalanmalı, həkimin nəzarətində olmalı, pis vərdişlərdən imtina etməlidir.

Bəzi dərman preparatların qəbulu (məsələn, qıcolma əleyhinə) də bu patologiyaların inkişafına səbəb ola bilər.

Həkimlərin müşahidələrinə görə, hamiləlikdən əvvəl və hamiləlik zamanı fol turşusunun qəbulu bu patologiyaların riskini xeyli azaldır.

Bu patologiyalar yalnız cərrahi yolu ilə müalicə olunur. Əməliyyat adətən uşaq körpə olanda (1 yaşına kimi) həyata keçirilir.

"Dovşan doqdaq" və "qurd ağız" kifayət qədər mürəkkəb patologiyalardır. Lakin belə uşaqları olan valideynlər heç bir halda ruhdan düşməməlidir - müasir tibdə bu patologiyalar çox uğurla müalicə olunur və uşağın gələcək inkişafına və sağlamlığına heç bir təsir etmir. Yuxarıda qeyd etdiyimiz kimi, belə uşaqlar psixiki və əqli inişafına görə həmyaşıdlardan fərqlənmir.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:275
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 22:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see516

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see404

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see361

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see280

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see273

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see261

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see255

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see254

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see245

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see237

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see230

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see223

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see220

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see216

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see214

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see207

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see206

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see192

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see191

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri