Saglamolun saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. Bir çox analar bu problemlə üzləşirlər.
Təzə yeriməyə başlayan körpə barmaqların ucunda durur və yeriyir. Uşaq niyə belə edir? Bu hər hansı xəstəlikdir?
- analar yorulmadan bu sualları bir birinə, qohumlara, tanışlara verir.
Nəticədə ana stress vəziyyətinə düşür, uşağa "düzgün" yeriməyi öyrətməyə çalışır, həkimləri gəzir və s.
Həkimlər belə hesab edirlər ki, yeriməyə başladıqda vaxtaşırı olaraq barmaqların ucunda yerimək, demək olar, bütün uşaqlar üçün xasdır və təbiidir.
Belə hesab olunur ki, uşaq bu üsulla dünyanı dərk etməyə çalışır, daha böyük və hündür olmaq istəyir, bəzi hallarda özünü kimə isə oxşatmağa çalışır (hündürdaban ayaqqabıda gəzən anaya, balet iştirakçılarına və s.).
Müasir uşaqların bir çox hissəsi "xodunki"də yeriməyə öyrənir.
Bir çox hallarda məhz "xodunki" uşaqda bu vərdişi formalaşdırır - uşağın ayaqları yerə dəymir və uşaq məcburən barmaqların ucunda gəzməli olur.