Icma.az
close
up
RU
Körpəm barmaqların ucunda gəzir...

Körpəm barmaqların ucunda gəzir...

Saglamolun saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bir çox analar bu problemlə üzləşirlər. Təzə yeriməyə başlayan körpə barmaqların ucunda durur və yeriyir.

Uşaq niyə belə edir? Bu hər hansı xəstəlikdir? - analar yorulmadan bu sualları bir birinə, qohumlara, tanışlara verir. Nəticədə ana stress vəziyyətinə düşür, uşağa "düzgün" yeriməyi öyrətməyə çalışır, həkimləri gəzir və s.

Həkimlər belə hesab edirlər ki, yeriməyə başladıqda vaxtaşırı olaraq barmaqların ucunda yerimək, demək olar, bütün uşaqlar üçün xasdır və təbiidir. Belə hesab olunur ki, uşaq bu üsulla dünyanı dərk etməyə çalışır, daha böyük və hündür olmaq istəyir, bəzi hallarda özünü kimə isə oxşatmağa çalışır (hündürdaban ayaqqabıda gəzən anaya, balet iştirakçılarına və s.).

Müasir uşaqların bir çox hissəsi "xodunki"də yeriməyə öyrənir. Bir çox hallarda məhz "xodunki" uşaqda bu vərdişi formalaşdırır - uşağın ayaqları yerə dəymir və uşaq məcburən barmaqların ucunda gəzməli olur. Nəticədə belə vərdiş formalaşır.

Beləliklə, sağlam və normal (yaşına uyğun) inkişaf edən uşaqlarda 3 yaşına kimi vaxtaşırı olaraq (daim yox!) barmaqların ucunda yeriməsi heç bir pozulmanın simptomu sayılmır və buna görə narahat olmağa dəyməz.

Lakin bəzi hallarda uşağın barmaqların ucunda yeriməsi ciddi nevroloji xəstəliklərin əlaməti də ola bilər. Təbii ki, bu simptomdan əlavə uşaqda digər və daha ciddi nevroloji simptomlar inkişaf edir.

Uşaq 4, 5 və daha böyük yaşlarda barmaqların ucunda yeridikdə, uşağı mütləq nevroloqa göstərmək lazımdır.

Uşaq daim barmaqların ucunda gəzdikdə, bu "əzələ distoniyası" (ayaqların əzələlərinin tonusunun geyri-bərabər olması) adlandırılan pozulmanın simptomu ola bilər. Bu zaman uşağa massaj, xüsusi gimnastik məşğələlər, üzgüçülük, bəzi fizioterapevtik üsullar yaxşı kömək edə bilər. Bəzi hallarda uşağa xüsusi dərman preparatları da təyin olunur. Adətən müalicədən sonra uşaq bu vərdişdən tam azad olur.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 08:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see379

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see364

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see323

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see290

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see282

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see236

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see229

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see228

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see224

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see204

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see204

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see192

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see192

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see190

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see189

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see184

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see184

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see184

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see175

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri