Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Gündəlik həyatımızda bir çoxumuz dövlət xidmətlərinə müraciət edirik, kimisə xəstəxanada növbəyə yazırlar, kimisə ünvanlı sosial yardım təminat almaq üçün sənəd toplayır, bir başqası isə torpağına çıxarış və ya obyektinə rəsmi icazə almağa çalışır. Prosesin qanunla müəyyən edilmiş qaydada, heç bir maneə olmadan getməsi hər kəsin ən təbii haqqıdır. Lakin bəzən hansısa kabinetdə qarşınıza süni maneələr çıxarılır. İşiniz əsassız olaraq yubadılır, sizə "bu məsələ çətindir" deyilib üstüörtülü işarələr vurulur, yaxud açıq-aşkar sizdən qanunsuz ödəniş, rüşvət tələb olunur.
Belə bir məqamda əksər insanlar tərəddüd içində qalır - "Şikayət etsəm, işim büsbütün batar", "Onsuz da hamısı birdir, şikayətimə baxan olmayacaq", ya da "Məni hədəfə alarlar". Nəticədə vətəndaş ya məcburiyyətdən qanunsuz tələblə razılaşır, ya da öz qanuni hüququndan geri çəkilir.
Qanunvericilik bu cür vəziyyətlərdə vətəndaşı necə qoruyur və haqqınızı tələb edərkən hansı addımları atmalısınız?
“Konstitusiya” Araşdırmalar Fondunun hüquqşünası Şahin Nəsrullayev açıqlamasında bildirdi ki, əgər sizdən rüşvət tələb olunursa və ya açıq-aşkar korrupsiya faktı ilə qarşılaşmısınızsa, müraciət edəcəyiniz ünvan adi şikayətlərdən fərqlənir. Bu halda məsələni sadəcə həmin idarənin rəhbərliyinə yazmaq çox vaxt yetərli olmur, çünki yerli səviyyədə faktı ört-basdır etməyə çalışa bilərlər. Əsas və ən təsirli mexanizm birbaşa bu sahə üzrə ixtisaslaşmış orqanlara müraciət etməkdir. Sizə qarşı rüşvət tələbi irəli sürüldüyü andan etibarən 161-ə zəng edərək dərhal siqnal verə bilərsiniz. Bu Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "161" nömrəli "Qaynar xətt" əlaqə mərkəzidir. Eyni zamanda dövlət orqanlarının daxili təhlükəsizlik və daxili nəzarət xidmətlərinə müraciət edə bilərsiniz.
Anonim şikayət keçərlidirmi?
İnsanları ən çox düşündürən məqamlardan biri anonimlikdir. Qanunvericiliyə görə, müəllifi, ünvanı və imzası olmayan adsız məktublar, bir qayda olaraq, araşdırmaya götürülmür. Lakin bu qaydanın çox mühüm bir istisnası var, əgər daxil olan müraciətdə hazırlanan və ya törədilmiş konkret korrupsiya cinayəti barədə dəqiq faktlar, sübutlar (məsələn, səs yazısı, sənəd surəti, tarix və məkan) göstərilibsə, həmin məlumat prokurorluq orqanları tərəfindən əməliyyat məlumatı kimi mütləq yoxlanılır.
Bununla belə, ən etibarlı yol öz ad və soyadınızı göstərərək müraciət etməkdir. Çünki dövlət qanunla korrupsiya faktı barədə məlumat verən şəxslərin müdafiəsinə tam zəmanət verir.
Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununa (Maddə 10.3) əsasən, korrupsiya hüquqpozmaları ilə əlaqədar daxil olmuş müraciətlərə 20 iş günü müddətində baxılır. Əlavə materialların öyrənilməsi, yoxlanılması və ya xidməti araşdırma aparılması tələb olunduqda, müraciətə baxılma müddəti vəzifəli şəxs tərəfindən 1 ayadək uzadıla bilər.
Dövlət məlumat verən vətəndaşı necə qoruyur?
Ən böyük qorxu "mən şikayət etsəm, məni işdən çıxararlar, təzyiq göstərərlər" narahatlığıdır. “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 11-1-ci maddəsi məhz müdafiə tədbirlərini nəzərdə tutur. Qanuna əsasən, korrupsiya hüquqpozması barədə məlumat vermiş vətəndaşın və ya dövlət qulluqçusunun şəxsi məlumatların konfedesiallığı qorunur və onun razılığı olmadan heç kimə açıqlana bilməz. Məlumat verən şəxsə qarşı hər hansı təzyiq göstərilməsi, onun işdən azad edilməsi, vəzifəsinin aşağı salınması və ya digər formada sıxışdırılması qəti qadağandır və bunu edən vəzifəli şəxslər birbaşa cinayət və inzibati məsuliyyət daşıyırlar.
Şikayət edərkən nələrə diqqət yetirməlisiniz?
Korrupsiya hüquqpozmaları ilə müraciət edərkən emosiyalara qapılmaq olmaz. Sizin şikayətinizdə mütləq konkret faktlar olmalıdır. Əgər varsa, vatsap yazışmaları, sənəd nüsxələri, şahid ifadələri və ya digər qeydlər. Şikayət edilən vəzifəli şəxsin adı, soyadı və vəzifəsi, hadisənin baş verdiyi dəqiq tarix, saat və yer və s. Unutmayın ki, əsassız və yalan məlumat yaymaq da məsuliyyət yaradır. Lakin qarşılaşdığınız haqsızlıq realdırsa, susmaq həmin məmura daha da cəsarət verir.
Bu məqalə ““Konstitusiya” Araşdırmalar Fondu tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Vətəndaş müraciətlərinə baxılmasının monitorinqi: şəffaflıq, cavabdehlik və innovasiyalar” layihəsi çərçivəsində hazırlanıb.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. Belə bir məqamda əksər insanlar tərəddüd içində qalır - "Şikayət etsəm, işim büsbütün batar", "Onsuz da hamısı birdir, şikayətimə baxan olmayacaq", ya da "Məni hədəfə alarlar". Nəticədə vətəndaş ya məcburiyyətdən qanunsuz tələblə razılaşır, ya da öz qanuni hüququndan geri çəkilir.