Icma.az
close
up
RU
Korrupsiya barədə müraciətdə nələrə diqqət etməli?

Korrupsiya barədə müraciətdə nələrə diqqət etməli?

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Gündəlik həyatımızda bir çoxumuz dövlət xidmətlərinə müraciət edirik, kimisə xəstəxanada növbəyə yazırlar, kimisə ünvanlı sosial yardım təminat almaq üçün sənəd toplayır, bir başqası isə torpağına çıxarış və ya obyektinə rəsmi icazə almağa çalışır. Prosesin qanunla müəyyən edilmiş qaydada, heç bir maneə olmadan getməsi hər kəsin ən təbii haqqıdır. Lakin bəzən hansısa kabinetdə qarşınıza süni maneələr çıxarılır. İşiniz əsassız olaraq yubadılır, sizə "bu məsələ çətindir" deyilib üstüörtülü işarələr vurulur, yaxud açıq-aşkar sizdən qanunsuz ödəniş, rüşvət tələb olunur.
Belə bir məqamda əksər insanlar tərəddüd içində qalır - "Şikayət etsəm, işim büsbütün batar", "Onsuz da hamısı birdir, şikayətimə baxan olmayacaq", ya da "Məni hədəfə alarlar". Nəticədə vətəndaş ya məcburiyyətdən qanunsuz tələblə razılaşır, ya da öz qanuni hüququndan geri çəkilir.
Qanunvericilik bu cür vəziyyətlərdə vətəndaşı necə qoruyur və haqqınızı tələb edərkən hansı addımları atmalısınız?
“Konstitusiya” Araşdırmalar Fondunun hüquqşünası Şahin Nəsrullayev açıqlamasında bildirdi ki, əgər sizdən rüşvət tələb olunursa və ya açıq-aşkar korrupsiya faktı ilə qarşılaşmısınızsa, müraciət edəcəyiniz ünvan adi şikayətlərdən fərqlənir. Bu halda məsələni sadəcə həmin idarənin rəhbərliyinə yazmaq çox vaxt yetərli olmur, çünki yerli səviyyədə faktı ört-basdır etməyə çalışa bilərlər. Əsas və ən təsirli mexanizm birbaşa bu sahə üzrə ixtisaslaşmış orqanlara müraciət etməkdir. Sizə qarşı rüşvət tələbi irəli sürüldüyü andan etibarən 161-ə zəng edərək dərhal siqnal verə bilərsiniz.  Bu Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "161" nömrəli "Qaynar xətt" əlaqə mərkəzidir. Eyni zamanda dövlət orqanlarının daxili təhlükəsizlik və daxili nəzarət xidmətlərinə müraciət edə bilərsiniz. 
Anonim şikayət keçərlidirmi?
İnsanları ən çox düşündürən məqamlardan biri anonimlikdir. Qanunvericiliyə görə, müəllifi, ünvanı və imzası olmayan adsız məktublar, bir qayda olaraq, araşdırmaya götürülmür. Lakin bu qaydanın çox mühüm bir istisnası var, əgər daxil olan müraciətdə hazırlanan və ya törədilmiş konkret korrupsiya cinayəti barədə dəqiq faktlar, sübutlar (məsələn, səs yazısı, sənəd surəti, tarix və məkan) göstərilibsə, həmin məlumat prokurorluq orqanları tərəfindən əməliyyat məlumatı kimi mütləq yoxlanılır.
Bununla belə, ən etibarlı yol öz ad və soyadınızı göstərərək müraciət etməkdir. Çünki dövlət qanunla korrupsiya faktı barədə məlumat verən şəxslərin müdafiəsinə tam zəmanət verir.
Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununa (Maddə 10.3) əsasən, korrupsiya hüquqpozmaları ilə əlaqədar daxil olmuş müraciətlərə 20 iş günü müddətində baxılır. Əlavə materialların öyrənilməsi, yoxlanılması və ya xidməti araşdırma aparılması tələb olunduqda, müraciətə baxılma müddəti vəzifəli şəxs tərəfindən 1 ayadək uzadıla bilər.
Dövlət məlumat verən vətəndaşı necə qoruyur?
Ən böyük qorxu "mən şikayət etsəm, məni işdən çıxararlar, təzyiq göstərərlər" narahatlığıdır. “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 11-1-ci maddəsi məhz müdafiə tədbirlərini nəzərdə tutur. Qanuna əsasən, korrupsiya hüquqpozması barədə məlumat vermiş vətəndaşın və ya dövlət qulluqçusunun şəxsi məlumatların konfedesiallığı qorunur və onun razılığı olmadan heç kimə açıqlana bilməz. Məlumat verən şəxsə qarşı hər hansı təzyiq göstərilməsi, onun işdən azad edilməsi, vəzifəsinin aşağı salınması və ya digər formada sıxışdırılması qəti qadağandır və bunu edən vəzifəli şəxslər birbaşa cinayət və inzibati məsuliyyət daşıyırlar.
Şikayət edərkən nələrə diqqət yetirməlisiniz?
Korrupsiya hüquqpozmaları ilə müraciət edərkən emosiyalara qapılmaq olmaz. Sizin şikayətinizdə mütləq konkret faktlar olmalıdır. Əgər varsa, vatsap yazışmaları, sənəd nüsxələri, şahid ifadələri və ya digər qeydlər. Şikayət edilən vəzifəli şəxsin adı, soyadı və vəzifəsi, hadisənin baş verdiyi dəqiq tarix, saat və yer və s.  Unutmayın ki, əsassız və yalan məlumat yaymaq da məsuliyyət yaradır. Lakin qarşılaşdığınız haqsızlıq realdırsa, susmaq həmin məmura daha da cəsarət verir.
Bu məqalə  ““Konstitusiya” Araşdırmalar Fondu tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Vətəndaş müraciətlərinə baxılmasının monitorinqi: şəffaflıq, cavabdehlik və innovasiyalar” layihəsi çərçivəsində hazırlanıb.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:167
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 03 Sentyabr 2026 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see387

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see381

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see256

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see236

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see224

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see211

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see208

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see207

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see184

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see184

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see181

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see177

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see176

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see172

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see171

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see170

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see164

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see163

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri