Kosmonavtlar 8 aydan sonra kosmosdan Yerə qayıtdılar

26.07.2026

Azpost saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Beynəlxalq Kosmik Stansiyada 241 günlük missiyanı başa vuran “Soyuz MS-28” pilotlu kosmik gəmisinin beynəlxalq ekipajı Yerə qayıdıb.

Kazinform agentliyi  xəbər verir ki, eniş aparatı Qazaxıstan çöllərində, Jezkazqan şəhərindən 147 kilometr cənub-şərqdə yerə enib. Yerə “Roskosmos”un kosmonavtları Sergey Kud-Sverçkov və Sergey Mikayev, həmçinin NASA-nın astronavtı Kristofer Uilyams qayıdıblar.

Eniş normal rejimdə həyata keçirilib. Ekipaj üzvlərinin vəziyyətinin yaxşı olduğu bildirilir.

Missiya 2025-ci il noyabrın 27-də “Baykonur” kosmodromundan start götürüb. Ekipaj 241 gün ərzində Yerin ətrafında 3856 dövrə vuraraq 164 milyondan çox kilometr məsafə qət edib.

AzPost.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью