Kosmonavtlar 8 aydan sonra kosmosdan Yerə qayıtdılar
Azpost saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Beynəlxalq Kosmik Stansiyada 241 günlük missiyanı başa vuran “Soyuz MS-28” pilotlu kosmik gəmisinin beynəlxalq ekipajı Yerə qayıdıb.
Kazinform agentliyi xəbər verir ki, eniş aparatı Qazaxıstan çöllərində, Jezkazqan şəhərindən 147 kilometr cənub-şərqdə yerə enib. Yerə “Roskosmos”un kosmonavtları Sergey Kud-Sverçkov və Sergey Mikayev, həmçinin NASA-nın astronavtı Kristofer Uilyams qayıdıblar.
Eniş normal rejimdə həyata keçirilib. Ekipaj üzvlərinin vəziyyətinin yaxşı olduğu bildirilir.
Missiya 2025-ci il noyabrın 27-də “Baykonur” kosmodromundan start götürüb. Ekipaj 241 gün ərzində Yerin ətrafında 3856 dövrə vuraraq 164 milyondan çox kilometr məsafə qət edib.
Bu mövzuda digər xəbərlər:Çinli kosmonavtlar altı aydan sonra Yerə qayıtdı
04 Noyabr 2024 19:16
Kosmonavtlar Beynəlxalq Kosmik Stansiyadan Yerə qayıdır
09 Dekabr 2025 03:14
“Soyuz MS 27” BKS dən ayrıldı kosmonavtlar Yerə qayıdır
09 Dekabr 2025 09:50
Kosmonavtlar mamırla qidalanacaqlar VİDEO
08 Yanvar 2025 15:20
Rus kosmonavtlar kosmosda ilk kristalları topladılar
29 Oktyabr 2025 13:49
Baxış sayı:71
Bu xəbər 26 İyul 2026 18:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















