Kosmosda dolaşan sirli cisim: Yerə həyat oradan gəlib | Icma.az
Teleqraf.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Elm adamları Bennu asteroidində həyatın “təməl daşları” adlandırılan elementləri tapıblar.
ABŞ Kosmos Agentliyinin (NASA) asteroiddən gətirdiyi nümunələr təkcə həyatın mənşəyi üçün zəruri olan əsas elementləri yox, həm də qədim su dünyasının izlərini ehtiva edir.
Teleqraf.com xəbər verir ki, bu barədə “The Independent” məlumat yayıb.
Qeyd olunur ki, yeni məlumatlar planetimizlə asteroidin toqquşmasından sonra Yer kürəsində həyatın yarana biləcəyi nəzəriyyəsini gücləndirir.
Tədqiqat təsdiqləyir ki, bu mühüm komponentlər suda da ola bilər.
NASA-nın “Osiris-Rex” kosmik gəmisi Yerə yaxın olan Bennudan 122 qram toz və çınqıl daşı götürüb.
Nümunələri götürən kosmik aparat bunları 2023-cü ildə Yuta səhrasına çatdırıb.
Tam oxu
Xəbəri oxu