Icma.az
close
up
RU
Kosmosda dolaşan sirli cisim: Yerə həyat oradan gəlib

Kosmosda dolaşan sirli cisim: Yerə həyat oradan gəlib

Teleqraf.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Elm adamları Bennu asteroidində həyatın “təməl daşları” adlandırılan elementləri tapıblar. ABŞ Kosmos Agentliyinin (NASA) asteroiddən gətirdiyi nümunələr təkcə həyatın mənşəyi üçün zəruri olan əsas elementləri yox, həm də qədim su dünyasının izlərini ehtiva edir.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Independent” məlumat yayıb.

Qeyd olunur ki, yeni məlumatlar planetimizlə asteroidin toqquşmasından sonra Yer kürəsində həyatın yarana biləcəyi nəzəriyyəsini gücləndirir. Tədqiqat təsdiqləyir ki, bu mühüm komponentlər suda da ola bilər.

NASA-nın “Osiris-Rex” kosmik gəmisi Yerə yaxın olan Bennudan 122 qram toz və çınqıl daşı götürüb. Nümunələri götürən kosmik aparat bunları 2023-cü ildə Yuta səhrasına çatdırıb. Bu, Ayın o tərəfindən gətirilən ən böyük kosmik yük hesab olunur.

Nümunələrdə aşkarlanan zərif duzlardan bəzilərinin Kaliforniyanın Moxave səhrası və Afrika Saharasında tapılan duzlarla oxşar olduğu üzə çıxıb.

NASA-dan Daniel Qlavin deyir ki, ən böyük sürprizlərdən biri nümunələrdə azot, o cümlədən ammonyakın çox olmasıdır. Bennu nümunələrində tapılan bütün üzvi molekullar əvvəllər meteoritlərdə müəyyən edilsə də, bu xüsusi molekullar Yerdən gələn çirklənmənin nəticəsi deyil, kosmosda əmələ gələn həqiqi yerdənkənar üzvi materiallardır.

Bildirilir ki, 4,5 milyard il əvvəl Günəş sisteminin formalaşmasının qalığı olan Bennu əvvəllər daha böyük asteroidin bir hissəsi olub, amma digər cisimlərlə toqquşmalar zamanı parçalanıb. Ən son nəticələr göstərir ki, bu asteroidin yeraltı göllər və hətta okeanlar şəbəkəsi var, amma suları buxarlanıb və geridə duzlu izlər buraxıb.

Alimlər vurğulayırlar ki, Bennudan götürülən nümunələri daha yaxşı anlamaq üçün daha çox sınaqdan keçmək, həmçinin asteroid və kometalardan daha çox nümunə əldə etmək lazımdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:265
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 30 Yanvar 2025 09:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see344

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see328

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see322

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see320

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see313

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see292

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see287

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see279

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see263

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see254

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see253

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see237

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see231

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see212

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see200

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see191

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see180

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri