Kosmosdan elektrik: Çin dünya energetikasını dəyişə bilər | Icma.az
Azvision portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
1 kilometr uzunluğu olan nəhəng stansiya 36.000 km yüksəklikdə, geostasionar orbitdə yerləşdiriləcək və topladığı enerjini mikrodalğalı şüalanma vasitəsilə Yerə ötürəcək.
Bu layihəni Çinin ildə 100 milyard kilovatt enerji istehsal edən azman “Üç dərə” su bəndi ilə də müqayisə edirlər.
Günəş panelləri alternativ energetikada perspektivli istiqamət hesab olunur.
Lakin onların Yerdə istifadəsi elə də böyük effekt vermir: Buludlu hava, hətta atmesferin özü Günəş şüalarının bir hissəsinin qarşısını kəsir.
Gecələr isə panellər ümumiyyətlə, işləmirlər. Amma kosmosda belə problemlər yoxdur. Günəşin şüaları Yerdəkindən 10 dəfə intensivdir.
Üstəlik, panellər bütün sutka ərzində fasiləsiz işləyəcəklər.
Çinin “Long March” raketlərinin konstruktoru Lun Lehoanın sözlərinə görə, kosmosda yerləşdirilən Günəş paneli bir il ərzində eyni dövrdə Yerdə hasil olunan bütün nefti qədər enerji verə bilər.
Tam oxu
Xəbəri oxu