Icma.az
close
up
RU
Kosmosdan elektrik: Çin dünya energetikasını dəyişə bilər

Kosmosdan elektrik: Çin dünya energetikasını dəyişə bilər

Azvision portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

1 kilometr uzunluğu olan nəhəng stansiya 36.000 km yüksəklikdə, geostasionar orbitdə yerləşdiriləcək və topladığı enerjini mikrodalğalı şüalanma vasitəsilə Yerə ötürəcək. Bu layihəni Çinin ildə 100 milyard kilovatt enerji istehsal edən azman “Üç dərə” su bəndi ilə də müqayisə edirlər.
Günəş panelləri alternativ energetikada perspektivli istiqamət hesab olunur. Lakin onların Yerdə istifadəsi elə də böyük effekt vermir: Buludlu hava, hətta atmesferin özü Günəş şüalarının bir hissəsinin qarşısını kəsir. Gecələr isə panellər ümumiyyətlə, işləmirlər. Amma kosmosda belə problemlər yoxdur. Günəşin şüaları Yerdəkindən 10 dəfə intensivdir. Üstəlik, panellər bütün sutka ərzində fasiləsiz işləyəcəklər. Çinin “Long March” raketlərinin konstruktoru Lun Lehoanın sözlərinə görə, kosmosda yerləşdirilən Günəş paneli bir il ərzində eyni dövrdə Yerdə hasil olunan bütün nefti qədər enerji verə bilər.
“South China Morning Post” məlumat verir ki, nəhəng Günəş paneli “Long March-9” (CZ-9) ağır daşıyıcı raketlərinin köməyilə kosmosa hissə-hissə qaldırılacaq. Bu raketlər 150 tona qədər yükü orbitə daşımağa qadirdirlər. Çin hökuməti onlardan Ayda bazanın qurulmasında da istifadə etməyi düşünür.
Kosmik Günəş Energetikasının (Space-Based Solar Power, SBSP) həll edilməsi vacib olan əsas məsələlərindən biri toplanacaq enerjinin Yerə necə ötürülməsidir. Axı kosmosdan naqil çəkmək mümkün deyil. Ona görə də hazırda mikrodalğalı ötürücülərin üzərində ciddi iş gedir. Yerdə qurulan xüsusi qəbuledicilər mikrodalğaları tutaraq, yenidən elektrikə çevirəcəklər. Bu texnologiyanın istənilən nəticəni verəcəyi təqdirdə energetikada böyük inqilabın şahidi olacağıq. Artıq bəzi eksperimentlər müsbət nəticə verib.
ABŞ ilə Yaponiya da kosmosda elektrik enerjisinin istehsalı layihələri üzərində çalışırlar. Yaponiyanın JAXA kosmik agentliyi bu məqsədlə orbitə xüsusi peyk göndərməyi hazırlaşır. Amma Çin bu istiqamətdə hamıdan qabaqdadır. Bunun bir sıra səbəbləri var. Əvvəla, layihə çox xərc tələb etdiyindən, dövlətin dəstəyi olmadan keçinmək mümkün deyil. İkincisi, mikrodalğalar ətraf mühit üçün təhlükə yarada biləcəyindən, bu işdə xüsusi həssaslıq və ekoloqlarla koordinasiyalı fəaliyyət tələb olunur. Çin isə bu məsələlərdə adətən iqtisadi maraqları öndə tutmaqdan çəkinmir.
Samir Quliyev
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://azvision.az
archiveBu xəbər 07 Dekabr 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1437

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see712

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see566

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see489

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see478

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see467

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see450

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see415

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see398

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see353

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see320

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see305

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see300

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see296

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see291

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see288

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see274

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see272

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see272

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see271
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri