Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Avropa İttifaqı ABŞ-dan fərqli olaraq, Kiyevdən göstərilən yardımın təzminatı kimi təbii ehtiyatların verilməsini tələb etmir.
Bizimyol.info xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının prezidenti Antonio Kosta deyib.
“Aİ son üç ildə Ukraynaya dəstək verən əsas donor olub. Biz bunu Ukrayna, ukraynalılar və Avropanın təhlükəsizliyi üçün edirik.
Biz bunun qarılığında Ukraynadan heç bir təbii sərvət tələb etmirik”, - deyə o, "Public.
News" "YouTube" kanalında yayımlanan müsahibəsində bildirib. "Mən Ukrayna ilə ABŞ-ın problemlərini əlaqələndirmək istəmirəm.
Ukrayna suveren ölkədir və onun beynəlxalq məsələləri müstəqil həll etmək hüququ var", - deyə Kosta Vaşinqton və Kiyev arasında mineral ehtiyatlar üzrə mümkün razılaşmanı şərh edib.
Fevralın əvvəlində ABŞ prezidenti Donald Tramp bəyan etmişdi ki, Vaşinqton Ukraynadan nadir torpaq metalları almaqda maraqlıdır.