Icma.az
close
up
RU
Kosta: Aİ Ukraynadan təzminat olaraq təbii resurslar tələb etmir

Kosta: Aİ Ukraynadan təzminat olaraq təbii resurslar tələb etmir

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avropa İttifaqı ABŞ-dan fərqli olaraq, Kiyevdən göstərilən yardımın təzminatı kimi təbii ehtiyatların verilməsini tələb etmir.

Bizimyol.info xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının prezidenti Antonio Kosta deyib.

“Aİ son üç ildə Ukraynaya dəstək verən əsas donor olub. Biz bunu Ukrayna, ukraynalılar və Avropanın təhlükəsizliyi üçün edirik. Biz bunun qarılığında Ukraynadan heç bir təbii sərvət tələb etmirik”, - deyə o, "Public. News" "YouTube" kanalında yayımlanan müsahibəsində bildirib.

"Mən Ukrayna ilə ABŞ-ın problemlərini əlaqələndirmək istəmirəm. Ukrayna suveren ölkədir və onun beynəlxalq məsələləri müstəqil həll etmək hüququ var", - deyə Kosta Vaşinqton və Kiyev arasında mineral ehtiyatlar üzrə mümkün razılaşmanı şərh edib.

Fevralın əvvəlində ABŞ prezidenti Donald Tramp bəyan etmişdi ki, Vaşinqton Ukraynadan nadir torpaq metalları almaqda maraqlıdır. Fevralın 12-də ABŞ-ın maliyyə naziri Scott Bessent Kiyevdə minerallar sazişinin mətnini Vladimir Zelenskiyə təhvil verib. Baxmayaraq ki, Zelenski əvvəllər müqavilə bağlamağa hazır olduğunu bildirsə də, sənədi imzalanmayıb.

Kiyevin imzalamaqdan imtina etməsi ABŞ və Ukrayna arasında münasibətlərin pisləşməsinə səbəb olub. Bununla belə, tərəflər sənəd üzərində işləməyə davam ediblər və Vaşinqtondan Ukraynanın yaxın vaxtlarda sazişi imzalayacağı ilə bağlı bəyanatlar verilib.

Eyni zamanda, Tramp və Zelenski Vaşinqtonun Kiyevə yardıma xərclədiyi vəsait məsələsində ciddi fikir ayrılığına malikdirlər. Fevralın 19-da Tramp deyib ki, Zelenski ABŞ-ı qalib gələ bilməyəcək müharibəyə 350 milyard dollar xərcləməyə inandırıb. Həmçinin, onun sözlərinə görə, Vaşinqtonun Kiyevə ayırdığı bütün pulların harda olduğunu anlamağın vaxtı çatıb.

Zelenskinin Trampın mineral sövdələşmə yolu ilə 500 milyard dolları kompensasiya etmək istəyini “ciddi söhbət” adlandırıb. Artıq fevralın 23-də Zelenski ABŞ-a nə 500 milyard, nə də 100 milyard dollar borcunu tanımadığını bəyan edib. Onun sözlərinə görə, Vaşinqtonun yardımı qrant kimi verilib, ona görə də Ukrayna hakimiyyəti borcları tanımır.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:135
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 26 Fevral 2025 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see241

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see205

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see178

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see169

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see145

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see139

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see130

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see127

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri