Kral ailəsi yeni Bond u təbrik etdi

18.11.2026

Axsham.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Britaniya kral ailəsi aktyor Robert Pattinsonun "Ceyms Bond" obrazına çəkilməsi ilə bağlı paylaşım edib.

Axşam.az xəbər verir ki, kral ailəsinin sosial şəbəkə hesabında aktyora ünvanlanan təbrik mesajı yayımlanıb.

“Əlahəzrətin məxfi xidmətinə xoş gəlmisiniz, cənab Bond” deyə, paylaşımda qeyd olunub.

Xatırladaq ki, Britaniya kral ailəsi yarım əsrdən çoxdur Ceyms Bond franşizası ilə əlaqəlidir. Kral ailəsinin üzvləri 1967-ci ildən filmlərin premyeralarında iştirak edir, çəkiliş meydançalarına baş çəkirlər.

2012-ci ildə Londonda keçirilən Olimpiya Oyunlarının açılış mərasimi üçün hazırlanan videoda kraliça II Elizabet də Ceyms Bondun tərəf müqabili rolunda çıxış edib. O, Daniel Kreyqlə birlikdə çəkildiyi səhnədə məşhur “Axşamınız xeyir, cənab Bond” ifadəsini səsləndirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью