Kral ailəsi yeni Bond u təbrik etdi
Axsham.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Britaniya kral ailəsi aktyor Robert Pattinsonun "Ceyms Bond" obrazına çəkilməsi ilə bağlı paylaşım edib.
Axşam.az xəbər verir ki, kral ailəsinin sosial şəbəkə hesabında aktyora ünvanlanan təbrik mesajı yayımlanıb.
“Əlahəzrətin məxfi xidmətinə xoş gəlmisiniz, cənab Bond” deyə, paylaşımda qeyd olunub.
Xatırladaq ki, Britaniya kral ailəsi yarım əsrdən çoxdur Ceyms Bond franşizası ilə əlaqəlidir. Kral ailəsinin üzvləri 1967-ci ildən filmlərin premyeralarında iştirak edir, çəkiliş meydançalarına baş çəkirlər.
2012-ci ildə Londonda keçirilən Olimpiya Oyunlarının açılış mərasimi üçün hazırlanan videoda kraliça II Elizabet də Ceyms Bondun tərəf müqabili rolunda çıxış edib. O, Daniel Kreyqlə birlikdə çəkildiyi səhnədə məşhur “Axşamınız xeyir, cənab Bond” ifadəsini səsləndirib.
Baxış sayı:66
Bu xəbər 18 Noyabr 2026 00:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















