Icma.az bildirir, Olke.az portalına istinadən. Rusiya ilə ABŞ arasında aparılan son danışıqlar beynəlxalq gündəmin əsas mövzusuna çevrilib.
Moskva danışıqlarda müəyyən irəliləyiş əldə olunduğunu bildirsə də, Vaşinqtondan Kremldəki danışıqların yekunu ilə bağlı cavab gözləyir.
ABŞ administrasiyası isə paralel olaraq Kiyevlə də intensiv təmaslarını davam etdirir.
Ağ Evin nümayəndəsi Vents bəyan edib ki, “finiş xəttinə çatmaq üçün hələ görüləsi işlər var, lakin yaxın müddətdə müsbət nəticələr mümkündür”.
Moskvanın gözləntisi: ABŞ cavabı və mümkün Putin-Tramp görüşü Rusiya Federasiyası prezidentinin köməkçisi Yuri Uşakov danışıqlarda “real irəliləyişin” olduğunu vurğulayaraq bildirib ki, tezliklə Putin və Tramp arasında görüş istisna edilmir.
Uşakovun sözlərinə görə, Moskva prosesin yekunu ilə bağlı Vaşinqtondan konkret cavab gözləyir.
Bu məsələ Kreml üçün həlledici xarakter daşıyır, çünki sülh sazişinin gələcək konturları məhz ABŞ-ın mövqeyindən asılı olacaq.
Kiyevin dilemması: “Tramp bizi yarı yolda qoya bilər” ABŞ-Rusiya danışıqlarının intensivləşməsi Kiyevdə ciddi narahatlıq yaradıb.