Icma.az
close
up
RU
Kreml Ağ Evdən cavab gözləyir: Kiyevlə Brüssel çətin seçim qarşısında

Kreml Ağ Evdən cavab gözləyir: Kiyevlə Brüssel çətin seçim qarşısında

Icma.az bildirir, Olke.az portalına istinadən.

Rusiya ilə ABŞ arasında aparılan son danışıqlar beynəlxalq gündəmin əsas mövzusuna çevrilib. Moskva danışıqlarda müəyyən irəliləyiş əldə olunduğunu bildirsə də, Vaşinqtondan Kremldəki danışıqların yekunu ilə bağlı cavab gözləyir. ABŞ administrasiyası isə paralel olaraq Kiyevlə də intensiv təmaslarını davam etdirir. Ağ Evin nümayəndəsi Vents bəyan edib ki, “finiş xəttinə çatmaq üçün hələ görüləsi işlər var, lakin yaxın müddətdə müsbət nəticələr mümkündür”.

Moskvanın gözləntisi: ABŞ cavabı və mümkün Putin-Tramp görüşü

Rusiya Federasiyası prezidentinin köməkçisi Yuri Uşakov danışıqlarda “real irəliləyişin” olduğunu vurğulayaraq bildirib ki, tezliklə Putin və Tramp arasında görüş istisna edilmir. Uşakovun sözlərinə görə, Moskva prosesin yekunu ilə bağlı Vaşinqtondan konkret cavab gözləyir. Bu məsələ Kreml üçün həlledici xarakter daşıyır, çünki sülh sazişinin gələcək konturları məhz ABŞ-ın mövqeyindən asılı olacaq.

Kiyevin dilemması: “Tramp bizi yarı yolda qoya bilər”

ABŞ-Rusiya danışıqlarının intensivləşməsi Kiyevdə ciddi narahatlıq yaradıb. Ukrayna prezidenti Volodimir Zelenski Avropa liderlərinə müraciət edərək xəbərdarlıq edib: “Tramp bizə xəyanət edə bilər”.

Zelenskinin narahatlığı ondan qaynaqlanır ki, ABŞ-Rusiya razılaşması Kiyevin mövqelərini zəiflədə və Ukraynanı Vaşinqtonun geosiyasi razılaşmalarında dəyişən alətə çevirə bilər.

Aİ-nin mövqeyi: “Zəmanət olmadan sülhə getmə”

Avropa İttifaqı liderləri də Kiyevə eyni məzmunlu mesaj göndəriblər: “ABŞ-dan etibarlı təhlükəsizlik zəmanəti almadan sülhə getmə”.

Aİ-nin bu sərt mövqeyinin arxasında Ukraynadan daha çox Avropanın öz təhlükəsizliyi dayanır. Brüssel yaxşı anlayır ki, Ukrayna müharibəsinin nəticəsi Avropanın gələcək təhlükəsizlik arxitekturasını müəyyən edəcək.

- Moskva ilə Vaşinqton arasında əldə ediləcək istənilən razılaşma Avropanın maraqlarını nəzərə almaya bilər.
- ABŞ-ın birtərəfli şəkildə sülh planı formalaşdırması Aİ-nin strateji rolunu zəiflədə bilər.

Bu səbəbdən Aİ, Vaşinqtonun Kiyevi küncə sıxışdıraraq məcburi razılaşmaya vadar etməsinin qarşısını almağa çalışır.

Tramp administrasiyasının çətin seçimi

Məhz buna görə də ABŞ sülh planının qəbulunda həm Kiyevin, həm də Avropanın ciddi müqaviməti ilə üzləşib. Tramp administrasiyası çalışır ki, Ukraynanın minimal təhlükəsizlik tələbləri, Aİ-nin strateji maraqları, Moskvanın gözləntiləri sülh planında öz əksini tapsın. Lakin bu maraqların toqquşması ABŞ-Rusiya danışıqlarında əsas fikir ayrılığına çevrilib.

Yeni Avropa təhlükəsizlik sistemi formalaşır

Bütün bu proseslər bir daha göstərir ki, Ukrayna müharibəsinin yekunu yalnız regional deyil, həm də qlobal siyasi arxitekturanı dəyişəcək və Avropada yeni siyasi, iqtisadi, təhlükəsizlik formatı tamamilə yenidən qurulacaq. Bu sistemin necə olacağı hələlik məlum deyil, lakin dəyişikliklərin qaçılmazlığı şübhə doğurmur və labüddür. Onu da qeyd edək ki, bunun konturları ətrafında NATO xarici işlər nazirlərinin son toplantısında da fikir mübadiləsi aparılıb.

ABŞ-Rusiya danışıqları yalnız iki dövlət arasında əldə ediləcək razılaşma deyil. Bu proses Ukraynanın taleyi ilə yanaşı, Aİ-nin gələcək təhlükəsizlik modelini və Avropanın strateji arxitekturasını müəyyən edəcək.

Kiyevin qorxuları, Avropanın tələbləri və Moskvanın gözləntiləri fonunda Vaşinqtonun rolu daha da həlledici xarakter alır. Qarşıdakı həftələr sülh prosesinin istiqamətini müəyyən edəcək əsas mərhələ ola bilər.

Mürtəza
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:183
embedMənbə:https://olke.az
archiveBu xəbər 05 Dekabr 2025 18:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri