Kreml Litvada nüvə silahlarının yerləşdirilməsi planına münasibət bildirib

06.10.2026

Icma.az, 525.az portalına istinadən məlumat verir.

“Litvada NATO-nun hərbi bazasının və nüvə silahlarının yerləşdirilməsi gərginliyin daha da artmasına səbəb olacaq”.

525.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Litva Seyminin ölkədə nüvə silahlarının və xarici hərbi bazaların yerləşdirilməsinə qoyulan qadağanı ləğv etmək qərarı barədə danışarkən deyib.

O bildirib ki, Rusiya cavab tədbirləri görməyə məcbur olacaq. 

Kreml nümayəndəsi vurğulayıb ki, NATO-nun hərbi infrastrukturunun Rusiya sərhədlərinə yaxınlaşması, eləcə də qonşu ölkənin ərazisində nüvə silahlarının yerləşdirilməsi gərginliyin artmasına yönəlmiş addımdan başqa cür qəbul edilə bilməz.

“Bunların hər ikisi Avropa qitəsində vəziyyətin sabitliyinə xidmət etməyəcək. Əksinə, təəssüf ki, gərginliyin daha da artmasına gətirib çıxaracaq. Əlbəttə ki, Rusiya öz təhlükəsizliyini etibarlı şəkildə təmin etmək üçün bütün zəruri tədbirləri görəcək”,  -Peskov deyib.

Xatırladaq ki, Litva Seymi ölkədə nüvə silahlarının yerləşdirilməsinə qoyulan qadağanın ləğvinə səs verib. 

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью