Kreml Litvada nüvə silahlarının yerləşdirilməsi planına münasibət bildirib
Icma.az, 525.az portalına istinadən məlumat verir.
“Litvada NATO-nun hərbi bazasının və nüvə silahlarının yerləşdirilməsi gərginliyin daha da artmasına səbəb olacaq”.
525.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Litva Seyminin ölkədə nüvə silahlarının və xarici hərbi bazaların yerləşdirilməsinə qoyulan qadağanı ləğv etmək qərarı barədə danışarkən deyib.
O bildirib ki, Rusiya cavab tədbirləri görməyə məcbur olacaq.
Kreml nümayəndəsi vurğulayıb ki, NATO-nun hərbi infrastrukturunun Rusiya sərhədlərinə yaxınlaşması, eləcə də qonşu ölkənin ərazisində nüvə silahlarının yerləşdirilməsi gərginliyin artmasına yönəlmiş addımdan başqa cür qəbul edilə bilməz.
“Bunların hər ikisi Avropa qitəsində vəziyyətin sabitliyinə xidmət etməyəcək. Əksinə, təəssüf ki, gərginliyin daha da artmasına gətirib çıxaracaq. Əlbəttə ki, Rusiya öz təhlükəsizliyini etibarlı şəkildə təmin etmək üçün bütün zəruri tədbirləri görəcək”, -Peskov deyib.
Xatırladaq ki, Litva Seymi ölkədə nüvə silahlarının yerləşdirilməsinə qoyulan qadağanın ləğvinə səs verib.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 06 Oktyabr 2026 15:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















