Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Kreml Türkiyə mətbuatının Qara dənizdə təhlükəsizlik üzrə Rusiya və Ukraynanın iştirakı ilə aprelin 15-16-da Ankarada gözlənilən danışıqlara dair xəbərlərini şərh etməyib.APA-nın Moskva bürosu xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bu barədə heç bir şərh verə bilməyəcəyini söyləyib."Həmin türk mediasının nədən danışdığını tam başa düşə bilmirəm.
Bunu burada təsdiqləyə bilmərəm", - Kremlin sözçüsü vurğulayıb.Qeyd edək ki, Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidməti 15-16 aprel tarixlərində Ankarada Qara dənizdə gəmiçilik təhlükəsizliyi məsələləri ilə bağlı iclas keçirəcəyini bildirib.
Həmin iclasda xarici ölkələrin hərbi nümayəndələrinin iştirakının gözlənildiyini və Qara dənizdə sülhün qorunması üçün hərbi planlaşdırmanın dəniz aspektinin müzakirə olunacağını açıqlayıb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.