Kreml Rusiya və Ukraynanın iştirakı ilə Ankarada gözlənilən danışıqlara dair xəbərləri şərh etməyib
Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Kreml Türkiyə mətbuatının Qara dənizdə təhlükəsizlik üzrə Rusiya və Ukraynanın iştirakı ilə aprelin 15-16-da Ankarada gözlənilən danışıqlara dair xəbərlərini şərh etməyib.
APA-nın Moskva bürosu xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bu barədə heç bir şərh verə bilməyəcəyini söyləyib.
"Həmin türk mediasının nədən danışdığını tam başa düşə bilmirəm. Bunu burada təsdiqləyə bilmərəm", - Kremlin sözçüsü vurğulayıb.
Qeyd edək ki, Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidməti 15-16 aprel tarixlərində Ankarada Qara dənizdə gəmiçilik təhlükəsizliyi məsələləri ilə bağlı iclas keçirəcəyini bildirib. Həmin iclasda xarici ölkələrin hərbi nümayəndələrinin iştirakının gözlənildiyini və Qara dənizdə sülhün qorunması üçün hərbi planlaşdırmanın dəniz aspektinin müzakirə olunacağını açıqlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 14 Aprel 2025 16:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















