Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Spayka” olayı Ermənistanı xarici siyasət kursunda alternativ axtarışına məcbur edə bilərmi?
Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasından sonra Cənubi Qafqazda yeni geosiyasi düzən formalaşıb, regiondakı güc balansı dəyişib.
ABŞ-ın dəstəyi ilə reallaşan prosesdən sonra Ermənistan və Rusiya arasında əsən soyuq küləklərin daha da şiddətləndiyi müşahidə olunur.
Rəsmi Moskva Ermənistanı cəzalandırmaq üçün siyasi və iqtisadi təzyiq alətlərini işə salır.
Bu təzyiq planlı və mərhələli şəkildə həyata keçirilir. İlk olaraq kənd təsərrüfatı məhsullarının Rusiya bazarına girişinə qadağalar tətbiq
Pomidor, alma və digər məhsullar “standartlara uyğun olmaması” bəhanəsi ilə bazardan çıxarıldı.
Ardınca Ermənistandan idxal edilən güllərə qarşı məhdudiyyətlər gündəmə gətirildi.