Icma.az
close
up
RU
Kremlin təzyiqləri İrəvanın geosiyasi seçiminə maneədir

Kremlin təzyiqləri İrəvanın geosiyasi seçiminə maneədir

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Spayka” olayı Ermənistanı xarici siyasət kursunda alternativ axtarışına məcbur edə bilərmi?

Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasından sonra Cənubi Qafqazda yeni geosiyasi düzən formalaşıb, regiondakı güc balansı dəyişib. ABŞ-ın dəstəyi ilə reallaşan prosesdən sonra Ermənistan və Rusiya arasında əsən soyuq küləklərin daha da şiddətləndiyi müşahidə olunur. Rəsmi Moskva Ermənistanı cəzalandırmaq üçün siyasi və iqtisadi təzyiq alətlərini işə salır. Bu təzyiq planlı və mərhələli şəkildə həyata keçirilir.

İlk olaraq kənd təsərrüfatı məhsullarının Rusiya bazarına girişinə qadağalar tətbiq olundu. Pomidor, alma və digər məhsullar “standartlara uyğun olmaması” bəhanəsi ilə bazardan çıxarıldı. Ardınca Ermənistandan idxal edilən güllərə qarşı məhdudiyyətlər gündəmə gətirildi. Daha əvvəl isə süd məhsulları sahəsində oxşar sanksiyalar tətbiq edilmişdi. İndi isə Kremlin hədəfində Ermənistanın ən iri logistika və ixrac şirkətlərindən biri olan “Spayka” dayanır. Rusiya tərəfi bu şirkətə məxsus yük maşınlarını müxtəlif bəhanələrlə sərhəddə saxlayıb. Şübhəsiz, rəsmi Moskvanın bu addımı, sadəcə, texniki yoxlamalar və ya gömrük prosedurlarının pozulması ilə izah edilə bilməz. Əslində, Rusiya bununla Ermənistanın logistika infrastrukturuna zərbə vurmağa çalışır. Çünki “Spayka” Ermənistanın kənd təsərrüfatı məhsullarının əsas ixracatçısı olmaqla yanaşı, ölkənin xarici ticarət dövriyyəsində mühüm rol oynayır. Şirkətin fəaliyyətinə məhdudiyyət qoyulması bütövlükdə Ermənistanın ixrac potensialını zəiflətmək anlamına gəlir. Rusiyada “Spayka”ya məxsus 100-dən çox yük maşınının saxlanılması nəticəsində tədarük və satınalma prosesi tamamilə pozulub, fermerlər məhsullarını vaxtında bazara çıxara bilməyiblər. Şirkət isə müqavilə öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkir.

***

Ermənistanda bu vəziyyətə müxtəlif yanaşmalar mövcuddur. Bir qrup ekspert hesab edir ki, Moskvanın bu addımı sırf siyasi mesajdır və Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşma cəhdlərinə cavab xarakteri daşıyır. Digərləri isə düşünür ki, ixrac olunan məhsullar yüksək keyfiyyət standartlarına cavab vermədiyindən bu cür problem yaşanır. Lakin hadisələrin inkişafı göstərir ki, məsələ, sadəcə, keyfiyyət yoxlamaları ilə məhdudlaşmır, burada daha dərin geosiyasi amillər rol oynayır. Rusiya bu addımı ilə öz gücünü nümayiş etdirir və Ermənistanın zəif tərəfini bir növ “üzünə vurur”. Ermənistan son 30 ildə ixrac bazarını şaxələndirmək istiqamətində real addımlar atmadığından ixracatının böyük hissəsi hələ də Rusiya bazarına yönəlib. Nəzərə alınmalıdır ki, Ermənista–Rusiya münasibətləri heç vaxt sırf iqtisadi məntiqlə formalaşmayıb, siyasi vektorlarla sıx bağlı olub. Bu isə Rusiyaya istənilən vaxt iqtisadi alətləri siyasi təzyiq mexanizminə çevirməyə imkan verir. Rusiya bazarları özlüyündə çoxsaylı imkanlar təklif etsə də, siyasi məqsədlər naminə tətbiq olunan məhdudiyyətlər istənilən tərəfdaş ölkəni risk altında qoymağa qadirdir. İndi bu risk Ermənistanda daha aydın görünür. Rusiya bazarına daxil olan istənilən məhsul istənilən anda müxtəlif bəhanələrlə sıxışdırıla, onlara qarşı inzibati və iqtisadi təzyiq alətləri işə salına bilər. Ermənistanın hazırkı durumu da bunu təsdiq edir. Hadisə Ermənistan iqtisadiyyatının struktur zəifliyini bir daha üzə çıxarır. İxrac bazarlarının uzun illər boyu Rusiya istiqamətində cəmlənməsi ölkəni iflic vəziyyətə salıb. Bu reallıq İrəvan üçün dərs olmalıdır. Ermənistan yalnız ixrac bazarlarını şaxələndirməklə, yeni ticarət tərəfdaşları qazanmaqla və logistika marşrutlarını diversifikasiya etməklə iqtisadi müstəqilliyini təmin edə bilər. Əks halda, mövsümün ən məhsuldar günlərində belə məhsulların sərhəddə ilişib qalması müxtəlif sektorlarda böhran vəziyyətini dərinləşdirəcək.

“Spayka” şirkəti Azərbaycanda kifayət qədər tanınır və bu şirkətlə bağlı yayılan məlumatlar uzun müddət ictimaiyyətin diqqət mərkəzində olub. Xüsusilə İkinci Qarabağ müharibəsi zamanı şirkətin fəaliyyəti ilə bağlı xəbər və açıqlamalar diqqət çəkmişdi. Həmin dövrdə mətbuatda Gürcüstan–Ermənistan sərhədində saxlanılan mülki yük maşınlarının əslində, Ermənistana silah və hərbi texnika daşıdığı barədə məlumatlar tirajlanmışdı. Xəbərlərə görə, bu yüklər Ermənistanın ən böyük nəqliyyat-logistika şirkətlərindən biri olan “Spayka”ya məxsus mülki yük avtomobilləri ilə daşınırdı. Hərbi sursat adi bağlamalarla gizlədilərək yük qoşqusunun arxasında aşkar edilmişdi. Bu fakt göstərirdi ki, Ermənistan hakimiyyət orqanları Gürcüstanın öz ərazisindən hərbi yüklərin daşınmasına qoyduğu qadağanı davamlı olaraq pozublar. Müharibə dövründə Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin tanınmış iş adamları ilə bir sıra görüşlər də keçirmiş, “Spayka” şirkətinin rəhbəri David Qazaryan da burada iştirak etmişdi. Sonradan məlum oldu ki, Paşinyan Qazaryandan Qarabağda həlak olmuş erməni əsgərlərin cəsədlərinin şirkətə məxsus soyuducu anbarlarda saxlanılması üçün xüsusi kömək istəyib. Şirkətin Qarabağ bölgəsində qanunsuz fəaliyyətinə dair ən dolğun və konkret məlumatlardan biri isə 2021-ci ilin mart ayında “Spayka”nın media üçün yaydığı açıqlamada öz əksini tapdı. Açıqlamada şirkətin fəaliyyət dairəsi, həyata keçirdiyi əməliyyatlar və bununla bağlı ictimaiyyətə təqdim olunan məlumatlar yer almışdı. Həmin məlumatlar təsdiqlədi ki, “Spayka” regionun logistikasında yalnız mülki məqsədlər üçün deyil, həm də hərbi-siyasi proseslərdə dolayı yollarla iştirak edib və Ermənistan hakimiyyətinin maraqlarını dəstəkləyib.

Züriyyə QARAYEVA,
politoloq

Rusiyada Ermənistanın “Spayka” şirkətinə məxsus təxminən 100 yük maşınının saxlanılması ilk baxışda texniki məsələ kimi görünə bilər. Amma rəsmi izahın verilməməsi və prosesin miqyası bu addımın arxasında siyasi motivlərin durduğu ehtimalını gücləndirir. “Spayka” şirkəti Rusiya bazarına çıxışda xüsusi rol oynayır. Onun fəaliyyəti yalnız iqtisadi yox, həm də geosiyasi əhəmiyyət daşıyır. Çünki Ermənistanın iqtisadi asılılığı böyük dərəcədə Rusiya ilə ticarət və nəqliyyat əlaqələrinə bağlıdır. Son aylar Ermənistan–Rusiya münasibətlərində gərginliyin artdığı müşahidə olunur. İrəvanın Qərbə yaxınlaşması, Avropa İttifaqı ilə əməkdaşlığın dərinləşdirilməsi, ABŞ və Fransa ilə təhlükəsizlik dialoqunu genişləndirməsi Moskvanın narazılığına səbəb olub. Bu fonda “Spayka” kimi strateji əhəmiyyətli şirkətə qarşı atılan addımlar Kremlin siyasi mesajı kimi dəyərləndirilə bilər. Yəni, Rusiya açıq siyasi bəyanatlar vermədən iqtisadi və logistik rıçaqlardan istifadə etməklə Ermənistana “xəbərdarlıq” göndərir. Bu hadisəni bir növ cəza mexanizmi kimi izah etmək mümkündür. Moskva göstərmək istəyir ki, Ermənistanın Qərblə yaxınlaşması onun iqtisadi maraqlarına və gündəlik fəaliyyətinə mənfi təsir edə bilər. Xüsusən də Ermənistan kimi kiçik iqtisadiyyata malik dövlət üçün logistika və nəqliyyat sahəsində yaranacaq hər hansı məhdudiyyətin böyük itkilərlə nəticələnməsi mümkündür. Bununla belə, rəsmi açıqlamanın olmaması Moskvanın İrəvana qarşı manevr imkanını saxladığını göstərir. Yəni Rusiya istəsə bu addımı “texniki səbəblərlə” əsaslandıra, yaxud İrəvana qarşı siyasi təzyiqin açıq simvolu kimi istifadə edə bilər. Hər iki halda hadisə Ermənistan üçün ciddi siqnaldır: Moskva iqtisadi rıçaqlardan siyasi məqsədlər üçün istifadə etməkdən çəkinmir.

Nəzrin ELDARQIZI
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:313
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Sentyabr 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri