Icma.az, Moderator.az portalına istinadən məlumat verir. Kriptovalyuta bazarının ən böyük aktivi olan Bitkoin Donald Trampın ABŞ seçkilərind
Fed ABŞ seçkilərindən sonra ilk iclasında uçot faizini 25 baza bəndi aşağı saldıqdan sonra Bitkoin 83 min dolları keçərək bütün zamanların ə
Qeyd edək ki, Bitkoinin 2024-cü ildə 60 faizdən çox artması qlobal səhmlər və qızıl kimi ənənəvi aktivləri geridə qoyub.
Bu barədə Moderator.az-a danışan səhm və kripto bazarı üzrə ekspert Orxan Qasımovun sözlərinə görə, Trampın ABŞ prezidenti seçilməsi fonunda FED uçot dərəcəsini azaltdı ki, bu da ölkə iqtisadiyyatının canlanmasına səbəb olacaq: “Tramp biznesmen olduğu üçün biznesi canlandırmağa daha çox səy göstərir.
O, ölkə iqtisadiyyatının inkişafını biznesi canlandırmaqda görür.
Eyni zamanda, FED-in uçot dərəcəsini azaltması isə inflyasiyanın baş verməsinə səbəb ola bilər”. O.
Qasımov bildirir ki, Donald Trampın ABŞ seçkilərində qalib gəlməsindən sonra qızılın ucuzlaşmasına bir qədər fərqli aspektdən baxmaq lazımdır: “Adətən FED uçot dərəcəsini azaldanda qızıla maraq artdığı üçün qızılın qiyməti qalxır.
FED uçot dərəcəsini artıranda isə investorlar daha çox stabil bank istiqrazlarına, şirkət səhmlərinə meyillənirlər.