Icma.az
close
up
RU
Kripto pulları dərindən analiz etməyən insanlar daim burada pul itirməyə məhkumdurlar” Orxan Qasımov

Kripto pulları dərindən analiz etməyən insanlar daim burada pul itirməyə məhkumdurlar” Orxan Qasımov

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

Kriptovalyuta bazarının ən böyük aktivi olan Bitkoin Donald Trampın ABŞ seçkilərində qalib gəlməsindən sonra yenidən rekord qırıb. Fed ABŞ seçkilərindən sonra ilk iclasında uçot faizini 25 baza bəndi aşağı saldıqdan sonra Bitkoin 83 min dolları keçərək bütün zamanların ən yüksək səviyyəsinə çatıb. Qeyd edək ki, Bitkoinin 2024-cü ildə 60 faizdən çox artması qlobal səhmlər və qızıl kimi ənənəvi aktivləri geridə qoyub.

Bu barədə Moderator.az-a danışan səhm və kripto bazarı üzrə ekspert Orxan Qasımovun  sözlərinə görə, Trampın ABŞ prezidenti seçilməsi fonunda FED uçot dərəcəsini azaltdı ki, bu da ölkə iqtisadiyyatının canlanmasına səbəb olacaq:

“Tramp biznesmen olduğu üçün biznesi canlandırmağa daha çox səy göstərir. O, ölkə iqtisadiyyatının inkişafını biznesi canlandırmaqda görür. Eyni zamanda, FED-in uçot dərəcəsini azaltması isə inflyasiyanın baş verməsinə səbəb ola bilər”.

O. Qasımov bildirir ki, Donald Trampın ABŞ seçkilərində qalib gəlməsindən sonra qızılın ucuzlaşmasına bir qədər fərqli aspektdən baxmaq lazımdır:

“Adətən FED uçot dərəcəsini azaldanda qızıla maraq artdığı üçün qızılın qiyməti qalxır. FED uçot dərəcəsini artıranda isə investorlar daha çox stabil bank istiqrazlarına, şirkət səhmlərinə meyillənirlər. İndi isə əksinə baş verib. FED uçot dərəcəsini azaldıb, amma qızılın qiyməti azalıb. Qızılın qiymətinin azalması iki səbəbdəndir: birincisi, FED uçot dərəcəsi ilə bağlı qərar qəbul etməmişdən  əvvəl müəyyən qurumlar tərəfindən FED-in qərarı proqnozlaşdırılır, investorlar isə investisiyaların faizini artırırlar. Belə olan halda, FED uçot dərəcəsini artıranda iqtisadiyyata təsirini göstərmir. Buna investorların investisiya iştahı deyirlər. İkincisi, Bitkoinin qiymətinin artmasıdır. Bitkoin dedikdə bütün altkoinlərlə birlikdə kripto pul dünyası nəzərdə tutulur. İstənilən qlobal fiqur Bitkoinin qiymətinə təsir edir.Tramp da kripto pulları dəstəklədiyi üçün hakimiyyətə gəldikdən sonra Bitkoinin qiymətində artım baş verdi, amma bu müvəqqəti artımdır. Bitkoinin artması və azalmasına başqa səbəblər təsir etməsə, artımın dalınca azalma- yəni korreksiya gəlir. Hazırda istifadə etdiyim kriptovalyutalarda çox böyük bir artım baş vermədi. Düzdür, bu tarixi maksimum kimi qiymətləndirilə bilər, amma kiçik bir artım oldu, sonra yenidən korreksiyaya getməyə başladı. Bu korreksiyanın fonunda Bitkoin növbəti onu həyəcanlandıracaq xəbəri gözləyir. Bu xəbər baş versə, Bitkoin yenidən bahalaşacaq, baş verməsə, ucuzlaşma ehtimalı yüksəkdir”.

Ekspert qeyd edib ki, kriptovalyuta nə qədər qazanclı olsa da, o qədər də risklidir:

“Risk amili daim qazanc amilindən çoxdur. Kripto pulları dərindən analiz etməyən insanlar daim burada pul itirməyə məhkumdurlar. “Pulum var yatırım edim” deyən insanlar burada pullarını itirəcələr.Yəni kriptoya yatırım etmək risklidir və bu risk bazarında ancaq bu sahəni çox dərindən bilən insanlar pul qazanmaq şansına malikdirlər. Kriptovalyutaya yatırım etmədən öncə kripto pulların öyrənməsinə xərc qoymaq, kurslara getmək və ya doğru insanlardan öyrənmək daha məqsədəuyğundur. Bundan sonra qərar vermək daha rahat olar”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://moderator.az
archiveBu xəbər 12 Noyabr 2024 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri