Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi kriptovalyuta dələduzluğu ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.
“Kriptovalyuta dələduzluğuna qarşı diqqətli olun! Tanımadığınız şəxslərdən kriptovalyuta qazancı ilə bağlı gələn təkliflərə qarşı diqqətli o
Kriptovalyuta ilə əlaqədar layihələrin və mənbələrin doğruluğunu yoxlayın. Təhlükəsiz elektron pulqabı və platformalardan istifadə edin.
Platformalarda aktivlərinizi qorumaq üçün mürəkkəb şifr və ikimərhələli təsdiqləmədən istifadə edin”, – deyə Nazirliyin məlumatında bildirilir.
Bu barədə Moderator.az-a danışan Crypto Consulting MMC-nin direktoru, kriptoinvest.az portalının rəhbəri və UNEC Biznes Məktəbinin müəllimi Elnur Quliyev deyib ki, insanlar müxtəlif səbəblərə görə maliyyə və kriptovalyuta layihələri üzrə fırıldaqların qurbanı olurlar.
Bir çox hallarda biz bunu “sadəlövhlük” adlandırsaq da bunun səbəblər aşağıdakılardır: 1.Maliyyə savadlılığının olmaması.
Bir çox insanlar kriptovalyutaların və blokçeynin necə işlədiyini başa düşmürlər.