Icma.az
close
up
RU
Kriptovalyuta dələduzluğu: vətəndaşlar qurban olmamaq üçün nə etməlidir? Açıqlama

Kriptovalyuta dələduzluğu: vətəndaşlar qurban olmamaq üçün nə etməlidir? Açıqlama

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi kriptovalyuta dələduzluğu ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.

“Kriptovalyuta dələduzluğuna qarşı diqqətli olun! Tanımadığınız şəxslərdən kriptovalyuta qazancı ilə bağlı gələn təkliflərə qarşı diqqətli olun. Kriptovalyuta ilə əlaqədar layihələrin və mənbələrin doğruluğunu yoxlayın. Təhlükəsiz elektron pulqabı və platformalardan istifadə edin. Platformalarda aktivlərinizi qorumaq üçün mürəkkəb şifr və ikimərhələli təsdiqləmədən istifadə edin”, – deyə Nazirliyin məlumatında bildirilir.

 Bu barədə Moderator.az-a danışan Crypto Consulting MMC-nin direktoru, kriptoinvest.az portalının rəhbəri və UNEC Biznes Məktəbinin müəllimi Elnur Quliyev deyib ki,  insanlar müxtəlif səbəblərə görə maliyyə və kriptovalyuta layihələri üzrə fırıldaqların qurbanı olurlar. Bir çox hallarda biz bunu “sadəlövhlük” adlandırsaq da bunun səbəblər aşağıdakılardır:

1.Maliyyə savadlılığının olmaması. 

Bir çox insanlar kriptovalyutaların və blokçeynin necə işlədiyini başa düşmürlər. Onlar layihəni necə yoxlamaq lazım olduğunu bilmirlər (yol xəritəsi, komanda, kod auditi yoxdur) və fırıldaqçıların yüksək gəlir vədlərinə inanırlar. 

2. Tamahkarlıq və tez pul qazanmaq istəyi

Böyük gəlir vədləri (ayda 100%  passiv gəlir, “100 dollar investisiya et – 1000 dollar qazan”) çox cazibədar görünür. Kriptovalyutalar sektorunda həqiqətən də dəfələrlə faiz artımı halları var ki, çoxları tez varlana biləcəklərinə inanır.

3. Sosial təzyiq effekti

“Ətrafımdakı hər kəs pul qazanır, mən də cəhd etməliyəm!” Təcrübə onu göstərir ki, son zamanlar insanlar artıq məntiqə deyil, başqalarının hərəkətlərinə əsaslanaraq qərar verirlər. Başqalarının qazandığını görən (yaxud da qazandığını düşünən) insan “arxada qalmaq” istəmir və impulsiv hərəkət edir. Riskli olduğunu başa düşsə belə, potensial faydaları əldən vermə qorxusu onu hər hansı riskli layihədə iştirak etməyə vadar edir.

4. İctimai nüfuzlu şəxslərə etibar 

Əgər layihədə məşhur şəxslər (müğənni, idmançı, siyasətçi, bloggerlər) iştirak edirsə, insanlar bunun real olduğuna inanmağa başlayırlar. Sosial şəbəkələrdə süni “hayp” yaradılır – saxta müsbət rəylər, saxta investorlar, bu da legitimlik illüziyası yaradır.

Kripto üzrə mütəxəssis vurğulayıb ki, qurbanların düşdüyü əsas fırıldaqçılıq sxemləri bunlardır:

1. Fişinq hücumları.

Fırıldaqçılar kriptovalyuta birjalarının, elektron pul cüzdanları və ya layihələrin saxta veb-saytlarını yaradırlar. Google və ya sosial şəbəkələrdə saxta reklamlardan tez-tez istifadə olunur. İstifadəçilər isə öz məlumatlarını (açarlar, parollar) daxil edir, vəsaitlərə girişi itirir.

2. Maliyyə piramidaları və ponzi sxemləri.

 Fırıldaqçı layihələr yüksək faiz dərəcələri vəd edərək istifadəçiləri cəlb edirlər. Sxem üzrə ilk investorların pulu yeni cəlb edilmiş investorların hesabına ödənilir. Bu zaman ödnişlərin mədaxil və məxir formları yalnız kriptovalyutalar ilə aparılır. 

3. Saxta hədiyyələr (Giveaway Scam)

 Müxtəlif reklam şərtləri ilə vəsitlərin 2 və ya daha çox geri qaytarılacağını vəd edərək, kriptovalyutanı konkret ünvana göndərilməsi istənilir. Bu zaman bir çox hallarda məşhurların saxta hesablarından (məsələn, Elon Musk) istifadə olunur.

4. İnvestisiya platformalarında qazanmaq imkanı

 Sosial şəbəkələrdə reklam edilən "eksklüziv" ticarət (forex) platformalarına investorlar əvvəlcə kiçik məbləğlər ilə depozit qoyub qazanmaq imkanı vəd edilir. Bunun üçün peşəkar fərdi treyder xidməti də təklif edilir və qısa zamanda platformada ilkin depozit məbləğindən dəfələrlə çox qazanc illuziyası yaradılır. Sonra isə müxtəlif bəhanələr ilə (məslən sığorta ödənişi tələb etmək) vəasitlərin geri qaytarılmasından imtina edirlər. Son 3 ildə bu üsul ilə Azərbaycanda müxtəlif təbəqədən olan investorların vəsaitləri mənimsənilib. 

E.Quliyev onu da əlavə edib ki, kriptovalyuta fırıldaqlarından qaçmaq üçün bir neçə sadə lakin təsirli qaydalara riayət etmək vacibdir: 

1. İnvestisiya etməzdən əvvəl layihəni analiz edin.

 Layihə komandasını, onun təcrübəsini və nüfuzunu araşdırın. Tərtibatçı məlumatlarına, tərəfdaşlıqlara və sosial şəbəkələrdəki rəylərə baxın. Layihənin kriptovalyuta və ya tokenlərlə əlaqəli olub olmadığını yoxlayın. Əgər bunun üçün təcrübəniz kifayət deyilsə, o zaman uzaq durun. 

2. "Tez və çox qazanc" təklifləri ilə diqqətli olun

 Qısa müddət ərzində inanılmaz qazanc vədlərinə etibar etməyin. Həmçinin, zəmanətli gəlir vəd edən investisiya sxemləri ilə diqqətli olun (əksər hallarda bunlar Ponzi sxemləri və ya piramida sxemləridir).

3. Etibarlı və rəsmi platformalardan istifadə edin

Kriptovalyuta ticarətinda daha az komissiya xərci ilə müxtəlif mübadilə servisləri təklif edilir. Bir çox hallarda belə platformalara depozit vəsaitin daxil olmasından sonra məxaric edilmə imkanları məhdudlaşdırılır. Odur ki, Binance, Coinbase, Kraken və yaxşı reputasiyaya malik başqaları kimi tanınmış və lisenziyalı kriptovalyuta birjalarını seçin. Mübadilə saytının təhlükəsiz bağlantıdan istifadə etdiyinə əmin olun (URL-nin // ilə başladığını yoxlayın). Şübhəli reputasiyaya malik platformalara, hətta onlar “çox əlverişli şərtlər” təklif etsələr belə, etibar etməyin. 

Mehin Mehmanqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://moderator.az
archiveBu xəbər 24 Fevral 2025 20:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see237

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see223

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see193

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see169

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see154

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see142

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see139

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see138

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see136

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see135

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see132

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see132

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see130

Mopedlərlə bağlı qanuna dəyişiklik ediləcək VİDEO

06 Dekabr 2025 00:39see130

İstedadın və zəhmətin söz ucalığı

06 Dekabr 2025 02:51see128

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see128

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see128

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see126

Дочь бывшего министра Суад Гараева изобразила Мехсети Гянджеви как безнравственную женщину

06 Dekabr 2025 00:35see125

Venesuelanın keçmiş kəşfiyyat rəisi Maduro haqqında danışıb...

06 Dekabr 2025 01:16see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri