Kuba Prezidenti ABŞ ni hədələdi: Region “qan gölünə” çevriləcək

19.05.2026

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ-ın Kubaya hərbi hücumunun gözlənilməz nəticələrə səbəb olacaq  və  region “qan gölünə” çevriləcək.

Ölkə.az  xəbər verir ki, bu barədə Kuba Prezidenti Miguel Diaz-Kanel X(tvitter)  sosial media platformasında  yazıb.

Prezident Diaz-Kanel  bəyan edib ki, ABŞ-ın Kubaya hərbi müdaxiləsi  və ya təhdidi özü beynəlxalq cinayətdir: “Əgər bu reallığa çevrilərsə, regional sülhə və sabitliyə dağıdıcı təsir göstərəcək, eləcə də gözlənilməz qan gölünə səbəb olacaq".
ABŞ müdafiə naziri Pit Heqset mayın 12-də Konqresdə çıxışında Kuba məsələsinə toxunaraq deyib: "Biz uzun müddətdir ki, xarici düşmənin sahillərimizə bu qədər yaxın bir yerdən istifadə etməsinin son dərəcə problemli olduğundan narahatıq".

Mayın 14-də isə Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff Kubaya səfər edərək regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə etmək üçün Kuba Daxili İşlər Nazirliyinin nümayəndələri ilə görüşüb.
Tramp isə dəfərlərlə Kuba probleminin həll edilməsini və hakimiyytə dəyişikliyinin vacibliyini qeyd edib.

Mürtəza

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью