Kuba Prezidenti ABŞ ni hədələdi: Region “qan gölünə” çevriləcək
Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ-ın Kubaya hərbi hücumunun gözlənilməz nəticələrə səbəb olacaq və region “qan gölünə” çevriləcək.
Ölkə.az xəbər verir ki, bu barədə Kuba Prezidenti Miguel Diaz-Kanel X(tvitter) sosial media platformasında yazıb.
Prezident Diaz-Kanel bəyan edib ki, ABŞ-ın Kubaya hərbi müdaxiləsi və ya təhdidi özü beynəlxalq cinayətdir: “Əgər bu reallığa çevrilərsə, regional sülhə və sabitliyə dağıdıcı təsir göstərəcək, eləcə də gözlənilməz qan gölünə səbəb olacaq".
ABŞ müdafiə naziri Pit Heqset mayın 12-də Konqresdə çıxışında Kuba məsələsinə toxunaraq deyib: "Biz uzun müddətdir ki, xarici düşmənin sahillərimizə bu qədər yaxın bir yerdən istifadə etməsinin son dərəcə problemli olduğundan narahatıq".
Mayın 14-də isə Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff Kubaya səfər edərək regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə etmək üçün Kuba Daxili İşlər Nazirliyinin nümayəndələri ilə görüşüb.
Tramp isə dəfərlərlə Kuba probleminin həll edilməsini və hakimiyytə dəyişikliyinin vacibliyini qeyd edib.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 19 May 2026 11:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















