Kukurelya ilə Uqoçukvunun fərqli aqibəti

16.08.2025

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

“Çelsi”rəhbərliyi iki oyunçu ilə bağlı qərar verib. Onlardan biri ilə müqavilə yenilənib, digəri isə komandanı tərk edib.

"Football-plus.az" xəbər verir ki, aparıcı müdafiəçilərdən Mark Kukurelya ilə yeni müqavilə imzalanıb. Bu barədə insayder Fabritsio Romanonun yaydığı məlumatda yeni sözləşmənin detalları ilə bağlı məlumat verilməyib.
“Çelsi” İspaniya yığmasının oyunçusunu 2022-ci ilin yayında “Brayton”dan 65,3 milyon avroya alıb. Mark “zadəganlar”ın heyətində indiyə qədər 113 oyun keçirib, 8 qol vurub və 7 məhsuldar ötürmə edib.
Lesli Uqoçukvu isə “Çelsi”ni növbəti dəfə tərk edib. 21 yaşlı yarımmüdafiəçi “Bernli”yə keçib. Bu barədə klubun mətbuat xidmətinin yaydığı məlumatda Lesli ilə müddəti 2030-cu ilə qədər nəzərdə tutulan müqavilə imzalandığı bildirilib.
Xatırladaq ki, Uqoçukvu ötən mövsüm icarə əsasında “Sauthempton”da çıxış edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью