Kukurelya ilə Uqoçukvunun fərqli aqibəti
Icma.az, Footbal-plus saytına istinadən bildirir.
“Çelsi”rəhbərliyi iki oyunçu ilə bağlı qərar verib. Onlardan biri ilə müqavilə yenilənib, digəri isə komandanı tərk edib.
"Football-plus.az" xəbər verir ki, aparıcı müdafiəçilərdən Mark Kukurelya ilə yeni müqavilə imzalanıb. Bu barədə insayder Fabritsio Romanonun yaydığı məlumatda yeni sözləşmənin detalları ilə bağlı məlumat verilməyib.
“Çelsi” İspaniya yığmasının oyunçusunu 2022-ci ilin yayında “Brayton”dan 65,3 milyon avroya alıb. Mark “zadəganlar”ın heyətində indiyə qədər 113 oyun keçirib, 8 qol vurub və 7 məhsuldar ötürmə edib.
Lesli Uqoçukvu isə “Çelsi”ni növbəti dəfə tərk edib. 21 yaşlı yarımmüdafiəçi “Bernli”yə keçib. Bu barədə klubun mətbuat xidmətinin yaydığı məlumatda Lesli ilə müddəti 2030-cu ilə qədər nəzərdə tutulan müqavilə imzalandığı bildirilib.
Xatırladaq ki, Uqoçukvu ötən mövsüm icarə əsasında “Sauthempton”da çıxış edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 16 Avqust 2025 22:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















