Küləkli günlərin fəlsəfəsi Şahanə Müşfiq yazır | Icma.az
525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. Günlərin çoxu pıçıltıyla danışır. Küləkli günlər isə uğultuyla, gurultuyla.
Küləyin səsi bir sükutun içində qopur, sonra o sükutu özü ilə birlikdə göyə qaldırıb sonsuzluğa aparır. Bu günlərdə Bakı yenə küləkli idi.
Amma bu külək adi bir hava hadisəsi deyildi. Bu, sanki şəhərin içində qaynayan bir duyğunun, xatirənin, bir sualın havası idi.
Hər küçənin başında əsən bu külək, insanın düşüncələrini səpələyir, sonra da onları özündən razı bir təkəbbürlə göy üzünə sovurur. Bakı...
Küləklər şəhəri. Sən harada susursansa, o, sənin yerinə danışmağa həvəslidir.
Şəhidlər xiyabanında başını dik tutan bayrağı da, dəniz sahilində bir stulun kölgəsinə sığınan bir qocanın saçını da, gözdən uzaq bir məhəllədə “beşdaş” oynayan kiçik qızcığazın köynəyinin ətəyini də eyni həvəslə yelləyən şəhər.
Bu şəhərin küləyi adama bəzən həyatın əsl üzünü xatırladır: dəyişkən, sərt, nəvazişli, azacıq da laqeyd.
Külək hər zaman hərəkət daşıyıcısı olub. Fizikadakı təbiri unudaq, ruhun dili ilə desək, külək dəyişimin özüdür.
Tam oxu
Xəbəri oxu