Kültəpə kəndinin qəribə əhvalatları | Icma.az
Ayna saytından alınan məlumata görə, Icma.az bildirir. “Sən piyada, mən atlı” “Söz vaxtına çəkər” deyirlər.
Bu əhvalat da elə Kültəpə kəndində isti bir yay günündə baş verir.
Qurbanqulu yenə adəti üzrə həyat yoldaşı Bibixanımın giley-güzarını dinləyir.
Birdən Qurbanqulu onun sözünü kəsib deyir: – Ay arvad, bu istidə sənin söz-söhbətinə qulaq asmağa halım yoxdur.
Kənd meydanına gedirəm, bəlkə təzə bir xəbər olar. Bunu eşidən Bibixanım nəfəs dərmədən yenidən sözə başlayır: – Xəbər məndədir, a kişi!
Qonşu kənddə yenə “Söz” yarışı keçirirlər. Bir də şəhərdən qonaqlar gəlib. Onların içində “At oynadan” ləqəbli bir adam da var.
Bəlkə gedib onunla görüşəsən. Sənə kömək edər, yarışda birinci olarsan. Biz də ağ günə çıxarıq, a kişi!
Bu fikir Qurbanqulunun ağlına batır: – Düz deyirsən, ay arvad. Elə indicə yola düzələcəm.
Tam oxu
Xəbəri oxu