Icma.az
close
up
RU
Kültəpə kəndinin qəribə əhvalatları

Kültəpə kəndinin qəribə əhvalatları

Ayna saytından alınan məlumata görə, Icma.az bildirir.

“Sən piyada, mən atlı”

“Söz vaxtına çəkər” deyirlər. Bu əhvalat da elə Kültəpə kəndində isti bir yay günündə baş verir. Qurbanqulu yenə adəti üzrə həyat yoldaşı Bibixanımın giley-güzarını dinləyir. Birdən Qurbanqulu onun sözünü kəsib deyir:

– Ay arvad, bu istidə sənin söz-söhbətinə qulaq asmağa halım yoxdur. Kənd meydanına gedirəm, bəlkə təzə bir xəbər olar.

Bunu eşidən Bibixanım nəfəs dərmədən yenidən sözə başlayır:

– Xəbər məndədir, a kişi! Qonşu kənddə yenə “Söz” yarışı keçirirlər. Bir də şəhərdən qonaqlar gəlib. Onların içində “At oynadan” ləqəbli bir adam da var. Bəlkə gedib onunla görüşəsən. Sənə kömək edər, yarışda birinci olarsan. Biz də ağ günə çıxarıq, a kişi!

Bu fikir Qurbanqulunun ağlına batır:

– Düz deyirsən, ay arvad. Elə indicə yola düzələcəm.

Beləliklə, Qurbanqulu həyat yoldaşı ilə sağollaşıb yola çıxır. Yolda Cəlil bəylə qarşılaşır. Qəribə maraqla ondan soruşur:

– Hara belə, ay qonşu?

Cəlil bəy cavab verir:

– Qonşu kənddə yeni “Söz” yarışı təşkil olunur. Kimin yazısı bəyənilsə, qəzetdə çap olunacaq. Fikirlərini yaxşı ifadə edə bilənə mükafat da veriləcək.

Əslində, Cəlil bəy son cümləni qəsdən xüsusi vurğulayır. Bəlkə bu minvalla onun yazıya meyl edəcəyini düşünür.

Qurbanqulu deyir:

– Ay rəhmətliyin oğlu, bunu bayaqdan de də!

Sonra Cəlil bəy sözünə davam edir:

– Mənim yarışa görə işlərim çoxdur. Gəl, səni Əli bəylə tanış edim. O, sənə yazmağın təhrini öyrətsin. Onunla birgə işləsən, yarışda yaxşı nəticə əldə edə...

Qurbanqulu onun sözünü bitirməyinə aman vermədən soruşur:

 – Neçə günə öyrədəcək?

Cəlil bəy təmkinlə cavab verir:

– Başlanğıc məlumatları öyrənmək üçün ən azından 3-4 ay lazım olacaq.

Qurbanqulu qaşlarını çatıb deyir:

– A bəy, mən onsuz da piyadayam. Deyirsən ki, ömür boyu piyada qalım?! Sənin müəlliminin yerinə elə “At oynadan” ləqəbli bir adam gəlib onun yanına gedərəm də. Mən də bir-iki günə sizin meydanda at oynadaram.

Bunu eşidən Cəlil bəy qonşusu ilə sağollaşıb ümidsiz şəkildə oradan ayrılır. Qurbanqulu isə “At oynadan”nın yanına gedir. “At oynadan”la tanış olan Qurbanqulu cəmi iki günə “yazmağın bütün sirlərindən agah olur”.

Bir müddət keçir. Yarış günü gəlib çatır. Qurbanqulu sevinclə Bibixanıma deyir:

– Ay arvad, gedirəm yarışı qazanamağa. İndi yazıyla bağlı hər şeydən xəbərim var!

Uzun aradan sonra Bibixanım yoldaşını tərifləyir:

– Ay şad xəbər olasan, evimin dirəyi! Get, xoş xəbərini gözləyirəm.

Vaxt gəlir, vədə yetişir. Nəhayət, yarış başlayır. Qurbanqulunun yanında yarışa qoşulmuş gənc bir qız əyləşir. Ətrafdan onun Əli bəyin şagirdi olduğunu eşidən Qurbanqulu üzünü qıza tutub gülə-gülə deyir:

– Ay qızım, get anana kömək elə. Bu işlər sənlik deyil. Sən piyadasan, mən atlı.

 Gənc qız susur. Ancaq onun çöhrəsində yaranan kiçik təbəssüm və qəmzəsi bildiklərinə əminliyini sözsüz ifadə etməyə yetir.

Bir neçə saat sonra yarış bitir. Və sonda qalibin məhz həmin gənc qız olduğu açıqlanır. Bu qərara həm təəəccüblənən, həm də təəssüf edən Qurbanqulunun gözü gənc qızın masada qoyduğu kağız parçasına sataşır. Kağızda yazılmışdı:

– Əsl məharət at oynatmaqda deyil, piyada gedişi ilə mat qoymaqdadır...

Müəllif:Günel Natiqqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://ayna.az
archiveBu xəbər 23 İyul 2025 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see356

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see325

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see316

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see316

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see301

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see287

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see283

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see266

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see257

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see248

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see247

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see238

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see228

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see221

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see211

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see198

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see192

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see191

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see183

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri