525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. Sabah görüş var.
Qarabağın sayılıb-seçilən kəndlərindən olan iki Seyidəhmədlinin Yuxarısının görüşü.
Bu gün hər kəs bu görüşə hazırlaşır, bütün söhbətlər bu haqdadı. Axı bu, elə-belə görüş deyil!
Bu, ömürlərin, talelərin görüşüdü, bir kəndin görüşüdü. 32 ildən sonra baş tutan görüşdü.
Kəndimizdən çıxanda, məndən yaşda böyüklər sayca daha çox idi. Sabah yaşda məndən kiçiklər daha çox olacaq.
Kaş, bu ömür yerdəyişməsi olmalı olduğu kimi olaydı. Olmadı... Biz nələr çəkdik, nələr itirmədik ki.
Qoy inciməsin köçkün olmayanlar: bunu başa düşmək üçün qaçqın olmalısan. Axı bizlər tək ev-eşiyimizi itirmədik.
Əziz insanlarımızı, eyni zamanda hər birimiz ayrılıqda öz həyatımızı itirdik. Biz kökü kəsilən ağac kimi olduq. Təzədən kök atdıq.