Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycanda ötən ildən başlayaraq, Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilən və ya tikilməkdə olan tikinti obyektlərinin kommunal xidmətlərə qoşulması qadağandır.
Yəni “kupça”sı olmayan, qeyri-yaşayış təyinatlı torpaqlarda tikilən fərdi evlərin elektrik, istilik, mavi qaz, su xətlərinə qoşulması mümkün deyil.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sistemində həmin tikililərə sayğac qoyulması qadağan edilib.Təbii ki, ölkədə sənədsiz evlərlə bağlı qayda-qanun, nizam-intizam yaratmağın vaxtı çoxdan çatıb.
21-ci əsrdə, tez-tez Cənubi Qafqazın ən müasir, lider ölkəsi kimi təqdim olunan, “formula-1”-lər, “avrovizion”-lar, “Avropa oyunları”, “cop-29”-lar, beynəlxalq səviyyəli daha nələr-nələr keçirmiş 10 milyon əhalisi olan bir məmləkətdə yarım milyondan çox sənədsiz evin olması biabırçılıqdır, utancvericidir.
Bu mənzərənin yaranmasına görə məsuliyyətin tək vətəndaşın üzərinə atılması isə ikiqat biabırçılıqdır.
Azərbaycanda yerli hüquq-mühafizə və icra hakimiyyəti orqanlarının “şifahi razılığı” olmadan kimsənin daşı daş üstə qoya bilməməsi hər kəsə məlumdur.
Bu “razılığın” necə alındığı da heç kimə sirr deyil. Belə olan halda, yarım milyondan çox qanunsuz tikili necə, hardan peyda olub və buna gö