Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Kürd Elnur” ləqəbli Elnur Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Lent.az-ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Kənan Nəbiyev dindirilib.
Onun sözlərinə görə, təqsirləndirilən şəxslə mübahisələri 150 manat üstündə baş verib: "Elnurla bizim aramızda 150 manat mübahisəsi olub.
Biz kirvəyik. Anam 160 manat verəsi idi. Lotos ticarət mərkəzinin arxasında mübahisə etdik.
Mən onu itələyən anda araya hadisə yerində olan adamlar girdi.
Mən müvazinətimi saxlaya bilmədim maşının yan tərəfinə dəydi və başımdan xəsarət aldım. Anam həmin yerdən keçirdi.
Polisin 102 xidmətinə anam yığdı. Ancaq ordan post patrul xidmətinin əməkdaşları da keçirdi.